Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (dekabr 2023) |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Hidayət mədrəsəsi (az.-əski. هیدایت مدرسهسی) — Qacarlar dönəmində Urmiyada Şəhriyarxan Nazim əl-Dövlə sifarişi ilə tikilmiş tarixi mədrəsə.
Hidayət mədrəsəsi | |
---|---|
![]() | |
![]() | |
37°33′02″ şm. e. 45°04′13″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Urmiya |
Yerləşir | Urmiya |
Aidiyyatı | Qacarlar dövləti |
Sifarişçi | Şəhriyarxan Nazim əl-Dövlə |
Material | kərpic[1], kaşı[1] |
![]() |
Qacar dönəmində və 19-cu əsrin sonlarında tikilmiş mədrəsə binası əvvələr Qacar boyunun ağsaqqallarının evi kimi istifadə edilsədə 1968-ci ildə mədrəsə statusu aldı. Hidayət mədrəsəsi indilikdə Urmunun sıx yaşayış masivində yerləşərək, dörd yandan yaşayış evləri ilə əhatə olununb. Hazırda mədrəsə İmam xiyabanının Mehr küçəsində yerləşir.[2] Mədrəsə binası keçmişdə qəzalı olsa da, 1998-ci ildə onda quruculuq işləri aparılaraq, bərpa edilmişdir.
Hidayət mədrəsəsinin kitabələrinin məhv edildiyinə görə, onun hansı ildə tikilməsi və memarının adı bəlli deyil. Ancaq material növü və tikiliş formasından demək olar ki Qacar dönəmində tikilmişdir. Mədrəsənin ən gözəl və dəyərli hissəsi, həyətinin güneyində yerləşən binadır. Mədrəsinin tikintisində istifadə edilən əsas materiallar kərpic və kaşıdır.[3] Binanın tikilişində işlədilən rəngli şüşələr, dördbucaq şəkilli kərpiclər və yeddi rəng kaşılar, binanın gözəlliyinə səbəb olubdur. Binada ən geniş bəzək işləri, ağac bəzəkləridir.