I Burn (azərb. Mən yanıram) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış dördüncü Koreya minialbomu. 11 yanvar 2021-ci ildə buraxılmışdır. Əsas sinqlı "Hwaa" olan albom 8 trekdən ibarətdir. Albomun fiziki buraxılışı üç versiyadan ibarətdir: "Winter", "Flower" və "Fire".[2] Albom qrupun "I" seriyasına daxil olan dördüncü albomudur.[3] "I Burn" qrupun Sucinin iştirakı ilə buraxdığı sonuncu albom olmuşdur.
I Burn | ||||
---|---|---|---|---|
![]() Rəqəmsal və striminq üzlüyü. | ||||
(G)I-dle tərəfindən ifa olunmuş minialbom | ||||
Növü | minialbom | |||
Yayımlanma tarixi | 11 yanvar 2021 | |||
Müddət | 18:40 | |||
Dil |
|
|||
Leybl | ||||
(G)I-dle albomlarının xronologiyası | ||||
|
9 dekabr 2020-ci ildə qrupun yanvarda yeni albom buraxacağı bildirilmişdir. "Cube Entertainment" bu xəbəri təsdiqləmişdir.[4] 27 dekabrda yeni albom üçün vizual film buraxılmışdır. Videoda yağış, alov, gül və kəpənək kimi təbiət elementləri öz əksini tapmışdır.[5] 28 dekabrda albomun adı və 11 yanvar 2021-ci ildə buraxılacağı açıqlanmışdır.[6] 31 dekabrda albomun trek siyahısı yayımlanmışdır.[7] 2 yanvarda albom üçün konsepsiya videosu buraxılmışdır.[8] 11 yanvarda qrup onlayn mediada albom üçün tanıtım keçirmişdir.[9][10] Tanıtım zamanı Uqi açılış treki "Hann (Alone Winter)"i "Hann (Alone)" ilə "Hwaa" mahnılarını əlaqələndirən mahnı kimi təsvir etmişdir.[11]
"(G)I-dle" albomu üç fiziki versiyada buraxmışdır. "Winter" versiyasında qrup soyuq və tənha qış atmosferini əks etdirmişdir.[12] "Flower" versiyasında qrup rəngli geyimlərlə göstərilmişdir.[13] "Fire" versiyasında qrup qaranlıq səhnədə və alovlarla təsvir olunmuşdur.[14]
Qrup üzvləri Minni, Soyon və Uqi alboma daxil olan mahnıların yazılmasında və bəstələnməsində iştirak etmişdirlər.[15] Qrupun açıqlamasına görə "I Burn" ayrılıqdan sonra yenidən xoşbəxt olma prosesində yaşanan hisləri haqqındadır. "Hann (Alone in Winter)" ayrılıqdan sonra hiss olunan soyuqluğu, "Hwaa" qəlbsındıran vədanın öhdəsindən gəlməni, "Moon" hisləri gizlətməyi və "Where is Love" sevginin boşluğunu təmsil edir.[16] "Dahlia" mahnısı acgözlük və cazibədarlıq haqqındadır.[17]
Albomun açılış treki "Hann (Alone in Winter)" mahnısı qrupun 2018-ci ildə buraxdığı "Hann (Alone)" mahnısının davamı kimi buraxılmışdır. Bu mahnı orta tempdə olan ballada kimi yazılmışdır.[15][18] "Hwaa" mahnısı mumbaton hanrında olan mahnıdır. "Moon" mahnısı pop janrında olan səmimi hislər haqqındadır. "Where is Love" disko-restro üslubunda olan rəqs mahnısıdır. "Lost" mahnısı R&B janrındadır. Bağlanış treki "Dahlia" medium pop janrında olan mahnıdır.[15]
Albom gündəlik "Hanteo" hit-paradında 1-ci yerdə debüt etmiş və 75.510 nüsxə satmışdır.[19] Albom "iTunes"in top albomlar hit-paradında 52 regionda özünə yer tapmışdır.[20][21] Alboma daxil olan bütün mahnılar "Gaon Digital" hit-paradına daxil olmuşdur.[22]
№ | Başlıq | Sözlər | Musiqi | Aranjiman | Müddət |
---|---|---|---|---|---|
1. | "Hann (Alone in Winter)" (kor. 한(寒)) |
|
| 2:55 | |
2. | "Hwaa" (kor. 화(火花)) | Soyon |
|
| 3:17 |
3. | "Moon" |
|
|
| 3:20 |
4. | "Where Is Love" | Soyon |
| Li Vu Min "Collapsedone" | 2:57 |
5. | "Lost" |
|
| Seo Ça Vu | 3:01 |
6. | "Dahlia" |
|
| BreadBeat | 3:10 |
Ümumi müddət: | 18:40 |