Çon Soyon (kor. 전소연; 26 avqust 1998, Seul) və ya tanınan səhnə adı ilə Soyon – Cənubi Koreya repçisi. "I-dle" qrupunun lideri və repçisidir. "K/DA" və "True Damage" virtual musiqi qruplarında "League of Legends" personajı olan Akalini canlandırmışdır.
Soyon | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 avqust 1998(1998-08-26) (26 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2017-ci ildən |
Janrlar | K-pop, dans-pop |
Albom şirkəti | Cube Entertainment[d] |
Təhsili |
|
Üzvlüyü | |
![]() |
|
![]() |
Çon Soyon 26 avqust 1998-ci ildə Seulun Qannam rayonunda doğulmuşdur.[1][2] Kuryon ibtidai məktəbinə qatılmış və baletlə məşğul olaraq mükafatlar qazanmışdır. "BigBang" qrupundan təsirlənərək musiqiçi olmağa qərar vermişdir.[3] 2017-ci ildə Çunan Universitetindən məzun olmuşdur.[4]
Soyon 2016-cı ilin fevralında "Cube Entertainment"in nümayəndəsi kimi "Produce 101" şousuna qatılmışdır.[5] O, şou boyunca iddialı çıxışı ilə yadda qalmış, lakin layihənin qalib "I.O.I" qrupuna qatılmağa haqq qazana bilməmişdir.[6] 5 noyabr 2017-ci ildə öz yazdığı "Jelly" və "Idle Song" mahnıları ilə debüt etmişdir.[7][8]
11 noyabr 2018-ci ildə "Cube Entertainment" tərəfindən yaradılmış yeni qız qrupu olan "(G)I-dle" qrupunun repçisi və lideri olacağı açıqlanmışdır.[9][10][11] O, qrupun debüt mahnısı olan "Latata" mahnısının sözləri yazmışdır. Qrupun "I Am" debüt minialbomundakı 5 mahnının yazılmasında iştirak etmişdir.[12] Həmin il "Riot Games" Soyon və qrupun digər digər üzvü Miyona müraciət edərək "League of Legends" oyunu üçün "K/DA" virtual qrupunda iştirak etməyə dəvət etmişdirlər.[13] "K/DA" 3 noyabr 2018-ci ildə "Pop/Stars" mahnısı ilə debüt etmişdir. Soyon qrupda Akali personajını canlandırmışdır.[14] O, 2019-cu ildə yaradılmış ikinci "League of Legends" virtual qrupu olan "True Damage" qrupunda Akalini ikinci dəfə ifa etmişdir. Qrupun debüt mahnısı "Giants" 10 noyabr 2019-cu ildə buraxılmışdır.[15][16]
2020-ci ilin avqustunda "(G)I-dle"ın ilk yay mahnısı olan "Dumdi Dumdi"ni bəstələmişdir.[17] 27 avqust 2020-ci ildə "K/DA"nın "The Baddest" və "More" mahnılarında Akalini canlandırmışdır.[18] 2021-ci ilin fevralında "(G)I-dle" tərəfindən buraxılmış "I Burn" minialbomundakı 6 mahnının 4-nü yazmışdır.[19] 5 iyul 2021-ci ildə ilk solo minialbomu olan "Windy" buraxılmışdır.[20] 13 iyul 2021-ci ildə SBS MTV-nin "The Show" verilişində ilk musiqi verilişi mükafatını qazanmışdır.[21][22]
Soyon mahnıları üçün cizgi filmlərdən, kitablardan və seriallardan təsirlənmişdir.[23] "Idle Song" mahnısını "Süngər Bob Kvadrat Şalvar" cizgi serialının əsas musiqisindən təsirlənərək yaratmışdır.[24] "Senorita" mahnısını 2017-ci ildə buraxılmış "Despacito" mahnısından təsirlənərək yazmışdır.[25] "Lion" mahnısını qrupun Yaponiyadakı debütü zamanı "Kral Aslan" filmi izlədikdən sonra yazmağa qərar vermişdir.[26] "Dumdi Dumdi" mahnısı "Heyvanlar diyarı" animasiyasından təsirlənərək yazılmışdır.[27] "Tomboy" mahnısını Kruella De Vil personajından təsirlənərək yazmışdır.[28] "I Trust" minialbomunun konsepsiyası üçün "KonoSuba" animesindən təsirləndiyini açıqlamışdır.[29][30]
Bir çox Cənubi koreya sənətçisi Soyonun yaracılığından təsirlənmişdir. "Purple Kiss" qrupundan Yuki[31] və "H1-Key" qrupundan Hviso Soyondan təsirləndiklərini açıqlamışdır.[32]