. Love.az

I Sanco - Wikipedia - Love.az

Ana Səhifə - I Sanco

I Sanço (port. Sancho I de Portugal) və ya Yurdsalan Sanço (port. Sancho o Povoador; 11 noyabr 1154[1], Koimbra[1] – 26 mart 1211, Koimbra[1]) — II Portuqaliya kralı.

I Sanço
II Portuqaliya kralı
6 dekabr 1185 – 26 mart 1211
ƏvvəlkiI Afonso
SonrakıII Afonso
Şəxsi məlumatlar
Doğum tarixi 11 noyabr 1154(1154-11-11)[1]
Doğum yeri
  • Koimbra, Portuqaliya[1]
Vəfat tarixi 26 mart 1211(1211-03-26) (56 yaşında)
Vəfat yeri
  • Koimbra, Portuqaliya[1]
Vəfat səbəbi cüzam
Dəfn yeri
  • Santa Kruz monastrı[d]
Fəaliyyəti şair
Atası I Afonso
Uşaqları
  • II Afonso
Ailəsi Burqoniya sülaləsi
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Portuqaliya krallığının ilk kralı I Afonso və xanımı Savoyyalı Matildanın ikinci, ancaq yetkinlik yaşına çata bilən yeganə oğlu kimi 1154-cü ildə dünyaya gəldi. Atasının vəfatının ardından onun yeganə varisi kimi 1185-ci ildə taxta çıxdı.

Qalisiya ilə sərhəd probleminə son qoyaraq bütün gücüylə cənubdakı müsəlmanlarla mübarizə apardı. Səlibçilərin hərbi dəstəyilə Alvor qalasını yağmaladı və 1189-cu ildə Silves şəhərini fəth etdi. 20 minlik əhalisiylə cənub bölgəsinin ən güclü şəhəri olan Silves şəhərində bərpa işləri gördü və günümüzədək qalan qalanın inşasını əmr etdi. Ancaq şimaldakı çaxnaşmalar səbəbilə Silves şəhəri diqqət mərkəzindən qaçdı və 1191-ci ildə mavrlar tərəfindən yenidən işğal edildi.

1174-cü ildə hələ taxta çıxmadan öncə, Araqon kralı II Ramironun nəvəsi Dulsa ilə evləndi. Cütlük bu nigahdan 11 övlad sahibi oldu. Bundan başqa kralın məşuqələrindən dünyaya gələn çox sayıda övladı da vardı.

  • Tereza, Leon kraliçası
  • Sança (1180-1229), rahibə
  • Konstansa (1182-1186)
  • II Afonso, Portuqaliya kralı
  • Raymundo (1187-1189)
  • Pyotr (1187-1258), Urqel qrafı
  • Ferdinand (1188-1233), Flandriya qrafı
  • Henri (1189)
  • Mafalda, Kastiliya kraliçası
  • Branka (1198-1240), rahibə
  • Berenqariya, Danimarka kraliçası

Səltənətinin böyük hissəsini ölkənin ucqar nöqtələrində yaşayış məntəqələri yaratmaqla məşğul oldu. Elmə və ədəbiyyata olan marağı ilə bilinir. Bir neçə şeir kitabı olduğu bilinən I Sanço dövlət xəzinəsi hesabına çox sayda gənci Avropanın müxtəlif elm mərkəzlərinə təhsil almaq üçün göndərdi. 1211-ci ildə Koimbrada vəfat etdi və taxta böyük oğlu II Afonso çıxdı.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Álvarez Palenzuela, Vicente Ángel. El componente cruzado de la Reconquista // Mundos medievales: espacios, sociedades y poder (ispan). Universidad de Cantabria. 2013. 59–70. ISBN 978-8481026504.
  • Caetano de Souza, Antonio. Historia Genealógica de la Real Casa Portuguesa (PDF) (portuqal). I. Lisbon: Lisboa Occidental, na oficina de Joseph Antonio da Sylva. 1735. ISBN 978-84-8109-908-9.
  • Carvalho Correia, Francisco. O Mosteiro de Santo Tirso de 978 a 1588: a silhueta de uma entidade projectada no chao de uma história milenária (portuqal). Santiago de Compostela: Universidade de Santiago de Compostela: Servizo de Publicacións e Intercambio Científico. 2008. ISBN 978-84-9887-038-1. 4 October 2013 tarixində orijinalından arxivləşdirilib.
  • Mattoso, José. D. Afonso Henriques (portuqal). Lisbon: Temas e Debates. 2014. ISBN 978-972-759-911-0.
  • Rodrigues Oliveira, Ana. Rainhas medievais de Portugal. Dezassete mulheres, duas dinastias, quatro séculos de História (portuqal). Lisbon: A esfera dos livros. 2010. ISBN 978-989-626-261-7.
  • Sotto Mayor Pizarro, José Augusto. Linhagens Medievais Portuguesas: Genealogias e Estratégias (1279-1325) (portuqal). Oporto: Doctorate thesis, author's edition. 1997. hdl:10216/18023.
  • Sotto Mayor Pizarro, José Augusto. Os Patronos do Mosteiro de Grijó (portuqal). Oporto. 1987. ISBN 978-0883-1886-37.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #1011398133 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Sanço&oldid=8152775"
LOVE.AZ