I Afonso (port. Afonso I de Portugal; təq. 1109, Qimaraynş[d] – 6 dekabr 1185[1][2], Koimbra, Portuqaliya krallığı) — Portuqaliya krallığının ilk kralı. Kastiliya və Leon krallığının tabeliyindəki Portuqaliya qraflığının müstəqilliyini əldə edərək Portuqaliya krallığının əsasını qoydu. Bu səbəblə, bir çox yerli tarixi mənbədə Fateh (port. O Conquistador) və Bani (port. O Fundador) ləqəbiylə anılır.
I Afonso | |
---|---|
port. Afonso I de Portugal | |
![]() | |
22 may 1112 – 25 iyul 1139 | |
Əvvəlki | Burqundiyalı Henri |
26 iyul 1139 – 6 dekabr 1185 | |
Sonrakı | I Sanço |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1109 |
Doğum yeri |
|
Vəfat tarixi | 6 dekabr 1185(1185-12-06)[1][2] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | hökümdar[d], yazıçı, döyüşçü, inqilabçı |
Atası | Henry of Burgundy[3] |
Anası | Theresa of León[3] |
Uşaqları | |
Ailəsi | Burqoniya sülaləsi |
Dini | xristianlıq |
![]() |
Burqundiya hersoqu I Robertin nəvəsi Henri və Kastiliya və Leon kralı VI Alfonsonun qızı Leonlu Terezanın ən kiçik övladı idi. Atasının ölümündən sonra formal olaraq taxt-taca sahiblənsə də, azyaşlı olması səbəbilə anası dövlət idarəsini ələ aldı. Ancaq onun Qalisiya əsilli sevgilisi Fernando Perez de Travanın təsiri altında olması yerli zadəganların etirazına səbəb olmuşdu. Nəticədə 1128-ci ildə anasının tərəfdarlarını məğlub etdi və onu siyasətdən təcrid edərək təkbaşına hakimiyyəti ələ aldı. Ətrafına topladığı yerli əyanların dəstəyilə 1139-cu ildə müstəqilliyini elan etdi və beləcə, ilk Portuqaliya kralı oldu.
1146-cı ildə Savoyya qrafı III Amadeyin qızı Matilda ilə evləndi və cütlüyün bu nigahdan yetkinlik yaşına çatan 3 övladı dünyaya gəldi. Bunlardan başqa kralın məşuqələrindən dünyaya gələn bir neçə nigahdan kənar övladı da vardı.
Cənubdakı mavrlara qarşı uğurlu hərbi səfərlər tərtiblədi. 1147-ci ildə səlibçilərin yardımıyla, Santaren və Lissabon şəhərlərini fəth etdi. 1141-ci ilin yayında Leon krallığı üzərində parlaq qələbə qazandı və beləcə, Portuqaliya krallığının müstəqilliyi tanındı. Papa III Aleksandrdan aldığı 1179 tarixli əhdnamə ilə krallığının suverenliyini təmin etdi. 1185-ci ildə vəfat etdi və yerinə oğlu I Sanço taxta çıxdı.