. Love.az

Jan Batist Perren - Wikipedia - Love.az

Ana Səhifə - Jan Batist Perren

Jan Batist Perren (fr. Jean Baptiste Perrin; 30 sentyabr 1870[1][2][…], Lill, Nor, Fransa[3][4] – 17 aprel 1942[3][1][…], Nyu-York, ABŞ[3][4][…]) – "Maddənin dəvamsız strukturuna dair tədqiqatlarına və xüsusi olaraq da sedimentasiya balansını kəşf etdiyinə görə" 1926-cı ildə Fizika üzrə Nobel mükafatını qazanmış fransız fizik.[6][7]

Jan Batist Perren
fr. Jean Perrin
Doğum tarixi 30 sentyabr 1870(1870-09-30)[1][2][…]
Doğum yeri
  • Lill, Nor, Fransa[3][4]
Vəfat tarixi 17 aprel 1942(1942-04-17)[3][1][…] (71 yaşında)
Vəfat yeri
  • Nyu-York, ABŞ[3][4][…]
Dəfn yeri
  • Panteon[d][5]
Elm sahələri fizika
Elmi dərəcəsi
  • professor
İş yerləri
  • Paris Ali Normal Məktəbi,
  • Sorbonne Paris Universiteti
Təhsili
  • Sorbonne Paris Universiteti,
  • Paris Ali Normal Məktəbi,
  • Janson-de-Sayi Liseyi[d]
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1918–),
  • Fransa Elmlər Akademiyası,
  • SSRİ Elmlər Akademiyası,
  • İsveç Kral Elmlər Akademiyası,
  • Rusiya Elmlər Akademiyası,
  • Turin Elmlər Akademiyası[d] (1922–)[4]
Mükafatları Commander of the Order of Leopold II — 1926 "Fəxri Legion" ordeni komandoru (Fransa) — 1926
Fizika üzrə Nobel mükafatı (İsveç) — 1926
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Tədqiqatları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Jan batist Perren 1870-ci ildə Fransanın Lil şəhərində anadan olub. Paris Ali Normal Məktəbini bitirib. 1894-97-ci illərdə katot şüaları və rentgen şüaları üzərində tədqiqatına başladığı dövrdə həmin məktəbdə assistant vəzifəsində fəaliyyət göstərib. 1897-ci ildə elmlər doktoru (fr.docteur ès sciences) dərəcəsini qazanıb. Həmin il Parisin Sorbonna universitetində fiziki kimya fənni üzrə mühazirəçi vəzifəsinə təyin edilib. 1910-cu ildə bu universitetin professoru olub və İkinci Dünya müharibəsi dövründə Almaniyanın Fransanı işğal etməsinə qədər bu vəzifəni icra edib. 1942-ci ilin 17 aprel tarixində Nyu-York şəhərində vəfat edib və 1948-ci ildə Paris şəhərində, Panteonda, dəfn edilib.

Tədqiqatları

redaktə

1895-ci ildə Perren katod şüalarının təbiətdə mənfi elektrik yüklü olduğunu göstərdi. Avogadronun ədədini (indi Avoqadro sabiti olaraq bilinir)bir neçə üsulla təyin etdi. Günəş enerjisini hidrogenin termonüvvə reaksiyaları əsasında izah etdi. Albert Eynşteyn 1905-ci ildə Broun hərəkətinin atomlar baxımından nəzəri izahı barədə məqaləsini yayımladıqdan sonra, Perren Eynşteynin proqnozlarını yoxlamaq və doğrulamaq üçün eksperimentlər apardı və bununla da Con Daltonun atom nəzəriyyəsi ilə bağlı yüzillik mübahisəni həll etdi. Perren 1926-cı ildə bu tədqiqatına və molekulların fiziki gerçəkliyi mövzusunda uzun sürən mübarizəyə qəti şəkildə son qoymuş maddənin kəsikli quruluşuna dair digər işlərinə görə Fizika üzrə Nobel mükafatını qazandı.[8]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 PERRIN JEAN // Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
  3. ↑ 1 2 3 4 5 6 Перрен Жан Батист // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. ↑ 1 2 3 4 5 www.accademiadellescienze.it (it.).
  5. ↑ Find a Grave (ing.). 1996.
  6. ↑ "The Nobel Prize in Physics 1926". Nobel Foundation. 1 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2008.
  7. ↑ Kyle, R. A. "Jean Baptiste Perrin". JAMA: The Journal of the American Medical Association. 242 (8). 1979: 744. doi:10.1001/jama.242.8.744. PMID 379381.
  8. ↑ Mauro Dardo. Nobel Laureates and Twentieth-Century Physics. Cambridge University Press. 2004. 114–116. ISBN 0521540089. 3 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 February 2014.

Xarici keçidlər

redaktə
  Vikianbarda Jan Batist Perren ilə əlaqəli mediafayllar var.
  • 1926 Nobel Prize  (ing.)
  • Əsərləri və ya müəllifi olduğu işlər: Jan Batist Perren İnternet arxivində (ing.)
  • Mouvement brownien et molécules, by Jean Perrin, 1923 on Vidéothèque du CNRS (French)  (fr.)
  • Jean Perrin et la réalité moléculaire on Vidéothèque du CNRS (French)  (fr.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Jan_Batist_Perren&oldid=7908060"
LOVE.AZ