Kərpickəsən qoca ilə cavan — Nizami Gəncəvinin ilk məsnəvisi olan Sirlər xəzinəsinin beşinci məqalətinin hekayəsi.
Kərpickəsən qoca ilə cavan | |
---|---|
Müəllif | Nizami Gəncəvi |
Janr | Hekayə |
Mövzu | İnsanın düşgünlüyü və keşməkeşli həyatı |
Orijinalın dili | fars |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 1174–1175 |
Tərcüməçi | Süleyman Rüstəm |
"Kərpickəsən qoca ilə cavan" hekayəsində Nizami Gəncəvi insanın işləməsini, əməklə məşğul olmasını təbliğ edir və bunu gənclərə də tövsiyə edir[1]. Hekayə məktəb dərsiklərində də öz yerini alıb.[2]
Şam şəhərində qoca bir kərpickəsən yaşayırdı. O, adi torpaqdan daş kimi möhkəm kərpic hazırlayırdı. Bir gün geyimli-keçimli cavan oğlan yoldan keçərkən qocanın belə əziyyətli işlə məşğul olduğunu görüb təəcübləndi və qocaya dedi:[3]
"Bu nə peşədi tapmısan? Sən qul deyilsən, daş-kəsəkdən uzaqlaş sənə yaraşmaz bu peşə!"
Bu sözlərdən əsəbləşən qoca cavab verdi:[4]
"Gördüyün bu qəsr soyuq su ilə yox, isti tər ilə yorğulub. Kərpic kəsmək, palçıq tutmaq, qara işdə çalışmaq insan üçün qəbahət deyil. Öz əlimin əməyi ilə yaşamaq mənim üçün şərəfdir. Nə qədər ki, qolumda qüvvət, dizimdə taqət, gözümdə işıq var çalışacağam. Sən hələ uşaqsan bunları anlamazsan."[5]
Qocanın nəsihəti cavanı heyrətləndirmişdi. Cavan öz əməlindən utandı. Müdrik qoca onun gözündə dağlardan qədər ucalmışdı.[6]
"Kərpickəsən qoca ilə cavan" hekayəsinə nəzər salsaq, görərik ki, insan öz zəhməti ilə nələrə qadirdi. İnsanın bacarmadığı iş demək olar ki, yoxdur[7]. Şair hər hansı bir işlə məşğul olmayan və heç nə ilə maraqlanmayan insanın cəmiyyətdə istədiyi yeri tuta bilməyəcəyini oxucuya çatdırmağa çalışır.[8] Əmək insanı həm ucaldır, həm də inkişaf etdirir. İşlə məşğul olan insan heç kimə möhtac olmaz.[9] Belə insana ətrafdakı insanlar həmişə hörmət və pərəstiş edirlər.[10]