K-12 — amerikalı müğənni Melani Martinesin ikinci studiya albomu. 6 sentyabr 2019-cu ildə[3] Atlantic Records vasitəsilə eyniadlı filmlə birlikdə buraxılıb.[4] Martines özünün yazıb rejissorluq etdiyi bu filmdə baş qəhrəman "Cry Baby" personajını canlandırmışdır.
K-12 | ||||
---|---|---|---|---|
![]() | ||||
Melani Martines tərəfindən ifa olunmuş studiya albomu | ||||
Növü | studiya albomu | |||
Yayımlanma tarixi | 6 sentyabr 2019 | |||
Yazılma tarixi | 2015–2017[1][2] | |||
Janr |
|
|||
Müddət | 46:27 | |||
Leybl | Atlantic | |||
Prodüser | Maykl Kinan, One Love | |||
Melani Martines albomlarının xronologiyası | ||||
|
Martines albomu 2015-ci ildə yazmağa başlayıb.[5][6][7] O, 2017-ci ildə Billboard-a verdiyi müsahibədə dedi ki, onun o zaman adı açıqlanmayan ikinci albomu tamamlandı və onu yazıb rejissorluq etdiyi bir film müşayiət edəcək.[2] 2019-cu ilin fevralında Instagram postunda o, albomun "artıq iki il yarımdır ki, hazır olduğunu", çox güman ki, yayın sonunda çıxacağını və ondan əvvəl heç bir sinqlin kommersiya olaraq buraxılmayacağını yazdı.[8]
Martines 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə "After School" adlı minialbom buraxacağını elan etdi. Əvvəlcə layihəni 2020-ci ilin yazında yayımlamağı planlaşdırırdı, lakin layihə 25 sentyabr 2020-ci ildə təqdim olundu.[9][10]
Martinesin pastel sinif otağında yer aldığı tizer videosu 15 may 2019-cu ildə dərc olundu.[11] Mayın 16-da o, sosial media hesabları vasitəsilə albomun üz qabığını təqdim etdi.[11] Martines buraxılış tarixini mayın 29-da Instagram vasitəsilə açıqladı.[12]
İyunun 18-də "Nurse's Office" snippetlərini özündə əks etdirən televiziya reklamı yayımlandı.[13] Albomdan heç bir sinqlin buraxılmamasına baxmayaraq, Martines albomdakı hər mahnı üçün animasiya videoları ilə birlikdə snippetlər yayımladı, sonra onları sosial media və YouTube hesablarına yüklədi.[14][15][16][17][18][19][20][21][22][23][24][25][26]
İyulun 23-də K-12 filminin rəsmi treyleri albom trek siyahısı və ön sifarişlə birlikdə yayımlandı. Treylerdə süjetin bir hissəsi göstərilir, sonunda isə "Show & Tell" klipindəm bir parça oynadılır. Orada həmçinin filmin yalnız 5 sentyabr 2019-cu ildə seçilmiş kinoteatrlarda bir gün müddətinə nümayiş olunacağı qeyd olunur.[27] Martines Vaşinqtondan başlayaraq 2019-cu ilin oktyabrından dekabrınadək alboma dəstək olaraq K-12 konsert turuna çıxacağını bildirdi.[28]
Melani 25 sentyabr 2020-ci ildə K-12-ni delüks versiyasına daxil edilmiş After School minialbomunu buraxdı.[29] "The Bakery" minialbomun ilk sinqlı olaraq yayımlandı.[30] Bunun ardınca Copy Cat və Fire Drill sinqlları buraxılsa da bunlar minialboma daxil edilmədi.
"Lunchbox Friends"in albomdakı ilk rəsmi sinql olacağını elan etməzdən əvvəl Martines 2019-cu ilin iyul ayında həm "High School Sweethearts" həm də "Strawberry Shortcake" mahnılarını tanıtım sinqlı kimi təqdim etdi. O, Jimmy Kimmel Live-da hər iki mahnını ifa etdi, albom treki "Recess"-i isə, 16 sentyabr 2019-cu ildə, albomun buraxılışından 10 gün sonra ifa etdi.[31][32]
K-12-nin prodüseri olan Maykl Kinan, daha əvvəl Martinesin əvvəlki albomu "Cry Baby" üçün bir neçə trekdə əməkdaşlıq etmişdi. Yeganə trek, "Drama Club", Martinesin tez-tez əməkdaşlıq etdiyi Kinetics & One Love tərəfindən birgə yazılmış və prodüserlik edilmişdir. Albom konsept albom,[33] alternativ pop,[34] dark pop,[35] və art pop[36] rekordu kimi təsvir edilmişdir. AllMusic həmçinin hip hop və R&B -nin təsirlərini qeyd edir.[37]
İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
Albumism | [38] |
AllMusic | [37] |
K-12 buraxıldıqdan sonra tənqidçilər tərəfindən bəyənildi.[39] Mayk Uass müsbət rəydə filmi "Tim Burton və Ves Andersonun üslubuna bənzətdi.[40]
Albomdan əvvəl heç bir sinql buraxılmamasına baxmayaraq, K-12 ABŞ Billboard 200-də 57.000 albom ekvivalenti ilə üçüncü yerdə debüt etdi, bunun 30.000-i albom satışı idi.[41] Albom alternativ albomlar hit-paradında yuxarı pillədə qərarlaşdı. Albom digər ölklərdə Birləşmiş Krallıq, Avstraliya və Kanada da daxil olmaqla səkkiz fərqli ölkə arasında ilk 10-a çıxdı.
Bütün treklər Melani Martines və Maykl Kinan tərəfindən yazılmışdır
№ | Başlıq | Yazar(lar) | Prodüser | Müddət |
---|---|---|---|---|
1. | "Wheels on the Bus" |
| 3:40 | |
2. | "Class Fight" | 2:41 | ||
3. | "The Principal" | 2:56 | ||
4. | "Show & Tell" | 3:35 | ||
5. | "Nurse's Office" | 3:22 | ||
6. | "Drama Club" |
| 3:45 | |
7. | "Strawberry Shortcake" |
| 3:04 | |
8. | "Lunchbox Friends" | 2:49 | ||
9. | "Orange Juice" | 3:37 | ||
10. | "Detention" | 3:56 | ||
11. | "Teacher's Pet" | 4:01 | ||
12. | "High School Sweethearts" | 5:11 | ||
13. | "Recess" |
| 3:50 | |
Ümumi müddət: | 46:27 |
№ | Başlıq | Yazar(lar) | Prodüser | Müddət |
---|---|---|---|---|
14. | "Notebook" | 2:30 | ||
15. | "Test Me" | 2:54 | ||
16. | "Brain & Heart" | 3:23 | ||
17. | "Numbers" | 4:39 | ||
18. | "Glued" | 3:12 | ||
19. | "Field Trip" | 3:00 | ||
20. | "The Bakery" |
| Slatkin | 2:34 |
Ümumi müddət: | 67:19 |
№ | Başlıq | Yazar(lar) | Producer(s) | Müddət |
---|---|---|---|---|
14. | "K-12" (the film) | Martinez | Tyler Zelinsky
| 92:06 |
Ümumi müddət: | 138:33 |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "High School Sweethearts" | 5:11 |
2. | "Strawberry Shortcake" | 3:04 |
Ümumi müddət: | 8:15 |
Region | Sertifikatlar | Satışlar |
---|---|---|
United Kingdom (BPI)[44] | Gold | 100.000^ |
United States (RIAA)[45] | Gold | 500.000^ |
xqeyri-müəyyən rəqəmlər yalnız sertifikatlaşdırmaya əsaslanır |
Region | Date | Version | Format(s) | Label | Ref. |
---|---|---|---|---|---|
Various | September 6, 2019 | Standard | [46] | ||
September 25, 2020 | After School – Deluxe Edition |
|
[42] |
<ref>
teqi; :0
adlı istinad üçün mətn göstərilməyib
<ref>
teqi; :1
adlı istinad üçün mətn göstərilməyib