. Love.az

Kamil Nurehmedov - Wikipedia - Love.az

Ana Səhifə - Kamil Nurehmedov

Kamil Kamal oğlu Nurəhmədov (10 iyun 1991-ci ildə Qusarın Şirvanovka kəndində anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir.[1]

Kamil Nurəhmədov
Ümumi məlumatlar
Tam adı Kamil Kamal oğlu Nurəhmədov
Doğum tarixi 10 iyun 1991 (33 yaş)
Doğum yeri Qusar, Azərbaycan
Vətəndaşlığı
  •  Azərbaycan
Boyu 178
Mövqeyi Yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Rəvan
Nömrəsi 11
Karyerası
Klub karyerası[* 1]
2010—2011 Azərbaycan Abşeron ? (0)
2011—2012 Azərbaycan Sumqayıt 32 (4)
2012—2013 Azərbaycan Neftçi Bakı 3 (0)
2013—h.h Azərbaycan Rəvan 6 (1)
Milli yığma[* 2]
2009—2010 Azərbaycan Azərbaycan U-19 3 (0)
2011—2013 Azərbaycan Azərbaycan U-21 4 (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Klub karyerası
    • 1.1 Çempionat
    • 1.2 Кубок
  • 2 Avropa Liqası
  • 3 Milli karyerası
    • 3.1 U-19
    • 3.2 U-21
  • 4 Uğurları
  • 5 Maraqlı fakt
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Klub karyerası

redaktə

Çempionat

redaktə

2011-12 -ci illər mövsümündə Kamil Nurəhmədov Sumqayıt klubunda bir mövsüm keçirdikdən sonra Neftçi Bakı klubuna icarəyə verilmişdir. Bu mövsüm Kamilin ən yaxşı mövsümlərindən birini hesab olunur. Kamil kimyaçıların tərkibində bütün turnirlər daxil olmaqla ümumilikdə 32 oyuna çıxmış və rəqib qapılarından 4 qol keçirməyi bacarmışdır. Bu nəticə ilə o, yerli futbolçuların arasında bir mövsüm ərzində keçirilən oyunların sayına görə rekord vurmuşdur.[2][3] Yayda Kamil Neftçi Bakı klubuna transfer olmuş və bir mövsüm bu klubda çıxış etmişdir.[4]

2013-cü ilin iyulunda Kamil Nurəhmədov yay transfer pəncərəsi zamanı Rəvan klubu bir illik müqavilə imzalamışdır.[5]

Кубок

redaktə

Kamil Azərbaycan Kubokunda 4 klubun tərkibində 7 oyuna çıxmışdır.

№ Komanda Mövsüm Oyun Dəqiqə Qol
1 "Rəvan" 2013 / 2014 1 90 0
2 "Neftçiи" 2012 / 2013 1 46 1
3 "Sumqayıt" 2011 / 2012 2 98 1
4 "Abşeron" 2010 / 2011 3 289 0

Avropa Liqası

redaktə

Kamil Nurəhmədov 4 oktyabr 2011-ci ildə Neftçi Bakı klubunun üzvü olaraq UEFA Avropa Liqasının H qrupunda İnter Milan klubuna qarşı oyunda iştirak etmişdir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Kamil oyunun ilk 46 dəqiqəsini meydanda keçirmişdir.[6][7]

Milli karyerası

redaktə

U-19

redaktə

Kamil Nurəhmədov Azərbaycan U-19 milli futbol komandası ilə debütünü 9 oktyabr 2009-cu ildə UEFA Avropa Çempionatının seçmə mərhələsində İsrail millisinə qarşı oyunda etmişdir. Nes-Sion şəhərində keçirilən görüşdə Azərbaycan millisi rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir.[8]

U-21

redaktə

2011-ci ildən 2013-cü ilə qədər Nurəhmədov Azərbaycan olimpiya yığmasına cəlb edilmişdir.

Uğurları

redaktə
  • Neftçi Bakı klubu ilə 2012-13 Azərbaycan Premyer Liqasının qalibi olmuşdur.
  • Neftçi Bakı klubu ilə 2012-13 Azərbaycan Kubokunun qalibi olmuşdur.

Maraqlı fakt

redaktə

Kamil Rəvan klubu ilə debütünü 31 avqust 2013-cü ildə Premyer Liqanın V turu çərçivəsində Sumqayıt klubuna qarşı oyunda etmiş və 50-ci dəqiqədə qolla yadda qalmışdır. Bu nəticə ilə onun komandası mövsümdə ilk qələbəsini qazanmışdır.[9]

İstinadlar

redaktə
  1. ↑ Topaz Premyer Liqası, XIX tur / 2014-02-01 Arxivləşdirilib 2022-02-16 at the Wayback Machine (az.)
  2. ↑ "Qarabağ" Quzanlıda "Sumqayıt Şəhər"ə məğlub olub[ölü keçid] (az.)
  3. ↑ Premyer Liqa üçün 73 gənc[ölü keçid] (az.)
  4. ↑ Klublarımız bu yay kimləri aldı, kimləri satdı? Arxivləşdirilib 2013-02-02 at the Wayback Machine (az.)
  5. ↑ "Rəvan" İsveç millisinin sabiq üzvünü aldı Arxivləşdirilib 2014-03-03 at the Wayback Machine (az.)
  6. ↑ UEFA Europa League Neftçi vs Internazionale 1-3 Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine (ing.)
  7. ↑ Kamil Nurəhmədov: Meydana çıxacağımı gözləmirdim Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (az.)
  8. ↑ UEFA U19 Championship Israel U19 vs Azerbaijan U19 0-3 Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine (ing.)
  9. ↑ Topaz Premyer Liqası, V tur / 2013-08-31 Arxivləşdirilib 2013-12-05 at the Wayback Machine (az.)

Xarici keçidlər

redaktə
  • Профиль игрока на сайте Профессиональной Футбольной Лиги Азербайджана (az.)
  • Статистика игрока на int.soccerway.com (ing.)
  • Состав ФК "Ряван" на официальном сайте клуба Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine (az.)
  • Информация игрока на сайте premierleague.az[ölü keçid] (rus.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kamil_Nurəhmədov&oldid=8001324"
LOVE.AZ