. Love.az

Movla Ibn Omer - Wikipedia - Love.az

Ana Səhifə - Movla Ibn Omer

Mövla ibn Ömər (ərəb. مولى بن عمر‎; Mədinə – 736[1] və ya 735, Mədinə) və ya Əbu Abdullah ən-Nafi əl-Ədəvi əl-Mədəni — Tabiin nəslinə mənsub hədis alimi[3] və fəqih.

Mövla ibn Ömər
ərəb. نافع مولى ابن عمر‎
Doğum yeri
  • Mədinə, Əməvilər xilafəti
Vəfat tarixi 736[1] və ya 735
Vəfat yeri
  • Mədinə, Əməvilər xilafəti
Elm sahələri fiqh
Tanınmış yetirmələri Malik ibn Ənəs[1][2]

Bioqrafiyası

redaktə

Təqribən 651-ci ildə dünya gələn Mövla ibn Ömər, Aişə, Əbu Hüreyrə, Ümmü Sələmə, Rafi ibn Xədic, Əbu Lübabə və başqalarından elm almışdır. Əyyub əs-Sixtiyani, Übeydullah ibn Ömər, İbn Əvn, İbn Cüreyc, Əbu Hənifə, imam Malik, Əvzai, Leys ibn Səd və başqaları ona tələbəlik etmişdir. İmam Buxari, Malik - Nafi - İbn Ömər silsiləsi olan isnadı ən səhih isnad (əsahhul-əsanid) hesab etmişdir. Nafi otuz il Abdullah ibn Ömərə xidmət etmişdir. Buna görə də ona Mövla ibn Ömər (Abdullah ibn Ömərin azad olunmuş köləsi) deyilmişdir.[3]

İmam Malikin dediyinə görə Mövla ibn Ömər ərəb olmadığı üçün tələffüzü qüsurlu olmuşdur. O, rəvayətdəki dil xətalarını aradan qaldırmağı doğru hesab etməmiş, "mən deşitdiyim kimi nəql edirəm" demişdir.[4] Onun rəvayətlərinə Altı kitab başda olmaqla bütün hədis kitablarında yer verilmişdir. Bütün hədis alimləri tərəfindən siqa qəbul edilən Mövla ibn Ömərə qarşı həm avropalı şərqşünaslar,[5] həm də İslam alimləri tərəfindən müəyyən iddialar irəli sürülsə də bu iddialar elm əhli tərəfindən əsassız qəbul edilərək tənqid edilmişdir.[6]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Али-заде А. Нафи ибн Хурмуз (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 616.
  2. ↑ Али-заде А. Малик ибн Анас (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  3. ↑ 1 2 Əbu Hənifə Numan ibn Sabit, Tərcümə və şərh edən: Fizuli Hüsiyev. əl-Fiqhul-Əkbər (az.). Bakı: İpəkyolu Nəşriyyatı. 2014. 27. ISBN 978-9952-8221-7-5.
  4. ↑ İbn Əsakir. Tarixu Dəməşq, cild LXI (ərəb). 437.
  5. ↑ J. Schacht. The Origins of Muhammadan Jurisprudence (eng). Oksford. 1950.
  6. ↑ Zəhəbi. Aləmun-nubəla, cild V (ərəb). 101.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mövla_ibn_Ömər&oldid=8125642"
LOVE.AZ