. Love.az

Muqeddes Kiril Ve Mefodi Kilsesi Gence - Wikipedia - Love.az

Ana Səhifə - Muqeddes Kiril Ve Mefodi Kilsesi Gence

Müqəddəs Kiril və Mefodi kilsəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.

Müqəddəs Kiril və Mefodi kilsəsi
Xəritə
40°40′14″ şm. e. 46°21′39″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Gəncə
Aidiyyatı Gəncə Dövlət Kukla Teatrı
Tikilmə tarixi 1885
Vəziyyəti Restavrasiya olunub
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.3832
KateqoriyaKilsə
ƏhəmiyyətiYerli əhəmiyyətli
Rus kilsəsi (Gəncə)
Nöqtə
Rus kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kilsənin pravoslavlığa aidiyyatını binanın soğanvari günbəzləri də təsdiqləyir.
Gimnaziya və kilsə, Yelizavetpol

Mündəricat

  • 1 Tarixi
  • 2 Haqqında
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Tarixi

redaktə

Bu rus pravoslav kilsəsi Gəncəçayın sağ sahilində, keçmiş Yelizavetpol kişi gimnaziyasının nəzdində yerləşirdi.

Bu kilsə ilk olaraq 18 sentyabr 1885-ci ildə gimnaziyanın böyük zallarından birində gimnaziya direktoru İlya Staritskinin razılığı ilə açılır. Kilsənin abadlaşdırılması üçün bütün lazımlı xərclər gimnaziyanın fəxri himayədarı Ağasəid Hüseyn Ağaməhəmməd oğlu tərəfindən qarşılanır.

Zamanla gimnaziyada oxuyan pravoslav tələbə sayının artması daha böyük kilsənin inşaatına zərurət yaradır ki, nəticədə İ. Staritskinn təşəbbüsü ilə gimnaziyanın yaxınlığındaki ayrı korpusda yeni kilsənin tikintisi başlanır. 20 dekabr 1902-ci ildə təntənəli mərasimlə kilsə gürcü ekzarxı Aleksiy tərəfindən Müqəddəs qardaşlar Kiril və Mefodi adına təqdis edilib istifadəyə verilir. Klassik gimnaziyanın şəxsi vəsaiti ilə tikilmiş yeni kilsəyə, gimnaziyanın tələbələri üçün ayrılmış hissə xaricində rahat 500 nəfər yerləşirdi. Yəni kilsədən həmçinin yerli əhali də istifadə edirdi.

1920-ci ildə gimnaziyanın bağlanmasından sonra kilsənin aqibəti məlum deyil. Tarixi mənbələrdə Gəncədə Zaxariya və Yelisaveta (keçmiş "Xan məscidi"), Müqəddəs Aleksandr Nevski və Müqəddəs Nikolay adına rus pravoslav kilsələrinin olduğu qeyd edilsə də, Kiril və Mefodi qardaşlarının adına rus pravoslav kilsəsi rəsmi olaraq kilsə kimi qeyd edilmir. Bunun əsas səbəbi həmin kilsənin gimnaziyanın nəzdində inşa edilməsidir. Kilsə həmin dövrdə dövlət tərəfindən rəsmi olaraq dini məbəd kimi qeydə alınmadığı üçün tarixi sənədlərdə Gəncədə olan kilsələrin siyahısında adı çəkilmir.

1940-cı illərin əvvələrinədək onun alman kolonistlərin istifadəsinə verildiyi iddia edilsə də, bunun heç bir sənədli sübutu yoxdur. Ümumiyyətlə, o illərdə Gəncədə alman lüteran dini icmasının olmadığını və yaşayan almanların da sayca azlığını nəzərə alsaq, kilsənin heç lüteranlara aidiyyatı yoxdur.

Haqqında

redaktə

Tikintidə əsasən bişmiş kərpicdən istifadə olunmuşdur. Kilsənin soğanvari günbəzləri onun pravoslavlara aidiyyatını təsdiqləyir. Binanın ümumi sahəsi 650 m²-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələr sırasına daxil edilən bu binada hazırda Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.[1] Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli əmrinə əsasən yaradılıb.[2]

İstinadlar

redaktə
  1. ↑ Sarıyeva, İradə. "Almanlar Azərbaycanda - tolerantlığın daha bir təzahürü..." Bakı xəbər. 2016-11-15. 2019-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
  2. ↑ Məmmədov, Vüsal. "Gəncə Dövlət Kukla Teatrının təmiri davam edir". Gəncə Media Mərkəzi. 2013-01-15. 2013-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-15.

Xarici keçidlər

redaktə
  • [1] Arxivləşdirilib 2013-09-28 at the Wayback Machine
  • [2] Arxivləşdirilib 2013-09-27 at the Wayback Machine

Həmçinin bax

redaktə
  • Azərbaycan rusları
  • Azərbaycanda xristianlıq
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müqəddəs_Kiril_və_Mefodi_kilsəsi_(Gəncə)&oldid=8118862"
LOVE.AZ