Şəkilləri istədiyin kimi əlavə elə
Məqaləyə yersiz saxta informasiyalar əlavə edilmişdi. Əgər mənbə göstərilməsə həmin informasiyaların məqalədən çıxarılmasını tələb edirəm.Üstəlik məqalənin adını dəyişərkən, heç olmasa nəzakət naminə onu yaradan istifadəçiyə xəbər vermək yaxşı olardı. Məqalənin adının əvvəlki kimi Şəki məbədi adına çevirilməsini tələb edirəm. Ayrıca əgər həqiqətən də məbədin arxasında rus zabitləri dəfn edilirdisə onda niyə ordakı qəbir daşılarının üstündə erməni əlifbası ilə qrabarda yazılmış kitabələr var? Anlamıram tarixi abidəni saxtalaşdıraraq müsəlmanlaşdırmaq nəyə lazımdır ki? --sefer azeri 24:00, 02 fevral 2013 (UTC)Cavabla
Nəyin həqiqət, nəyin isə həqqiqətə uyğun olmaması Vikipediyada araşdırılmamalıdır. Etibarlı mənbələrdə nə yazılıb, onlar yazılmalıdır. Yazılarınızı oxudum, problem günümüzün reallığıdır, səbəb əslində çox mötəbər olmalı Azərbaycan mənbələrin bəzən demək olar ki, "sarı mətbuat" səviyyəsində olmasıdır. Çıxış yolu hərə öz iddiasını mənbələr əsasında məqaləyə əlavə etsin, oxucu özü qərar verər, bu müsəlman xanın ev məscidi kimi, yoxsa alban kilisəsi kimi tikilib. --Melikov Memmed⇒email 10:05, 11 fevral 2013 (UTC)Cavabla