Məhəllə 2 Moskvada — 2004-cü ildə Sülü Çöl-Qalalı tərəfindən çəkilmiş komediya və macəra filmi.[1]
Məhəllə 2 Moskvada | |
---|---|
![]() | |
Janr |
Komediya Macəra |
Rejissor | Sülü Çöl-Qalalı |
Ssenari müəllifləri |
Tahir İmanov Müşfiq Abbasov Məmməd Kazımov |
Baş rollarda |
Rafael İsgəndərov — Qüdrət Dilarə Əliyeva — Məhəbbət Coşqun Rəhimov — Tofiq Kübra Əliyeva — Südabə Valdis Pelş — polis Tahir İmanov — Rövşən Cabir İmanov — Elşən Elçin Həmidov — Məzahir İlham Qasımov — Ruslan Yaşar Nuri — varlı adam |
Operator | Laçın Allahverdiyev |
Bəstəkar | Aytən İsmixanova |
Rəssam | PPBS |
İstehsalçı | Planet Parni iz Baku Studiya (PPBS) (Süleyman Ələsgərov adına Yaradıcılıq Birliyi) |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 103 dəqiqə |
Ölkə |
![]() |
Dil | azərbaycanca |
İl | 2004 |
Əvvəlki film | Məhəllə |
Sonrakı film | Məhəllə 3 |
Texniki məlumatlar | videofilm |
Rəng | Rəngli |
Bu filmdə Tofiqin (Coşqun Rəhimov) məktubu əsasında məhəllənin bütün sakinləri Moskvaya yollanır. Məqsəd isə Tofiqi bir "bəla"dan qurtarmaqdır…
Film dahi sənətkar, səhnəmizin korifeyi, Azərbaycanın xalq artisti, əvəzolunmaz Nəsibə xanım Zeynalovanın əziz xatirəsinə həsr olunur.
Filmdə "Xaç atası 3", "Anakonda" filmlərindən, "Deep Purple", "Venus" qruplarının, Lou Beqa, R. Kellynin və Roy Orbisonun repertuarlarından istifadə olunmuşdur.