Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 25 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Məhəmməd Abbasquliyev (14 fevral 1965, Kalbaoruc Dizə, Naxçıvan rayonu – 22 noyabr 2013, Bakı) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sabiq müavini.
Məhəmməd Abbasquliyev | |
---|---|
18 avqust 2008 – 22 noyabr 2013 | |
Prezident | İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 fevral 1965(1965-02-14) |
Doğum yeri | |
Vəfat tarixi | 22 noyabr 2013(2013-11-22) (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Təhsili |
|
Uşağı | 4 |
Hərbi xidmət | |
Xidmət illəri | 1994-2013 |
Mənsubiyyəti | Dövlət Sərhəd Xidməti |
Rütbəsi |
![]() General-mayor |
|
|
Təltifləri |
![]() ![]() |
Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kalbaoruc Dizə, kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001–2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub.
Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.
General-mayor Məhəmməd Abbasquliyev 2013-cü il noyabrın 22-də infarkt nəticəsində vəfat edib. II Fəxri Xiyabanda torpağa tapşırılıb.[1]
Ailəlidir. 4 övladı var.