Məhəmməd Əbdülqədiroviç Dandamayev; (2 sentyabr 1928[1], Lak rayonu – 28 avqust 2017[1], Sankt-Peterburq) — sovet və rus tarixçisi, Qədim İran və Mesopotomiya tarixi üzrə mütəxəssis. Tarix elmləri doktoru, professor, REA-nın müxbir üzvü (1997).
Məhəmməd Dandamayev | |
---|---|
Doğum tarixi | 2 sentyabr 1928(1928-09-02)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 28 avqust 2017(2017-08-28)[1] (88 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | İran tarixi |
Elmi dərəcəsi | |
İş yeri |
|
Elmi rəhbəri | Vasili Abayev |
Üzvlüyü | |
Mükafatları |
![]() |
Məhəmməd Əbdülqədiroviç Dandamayev 2 sentyabr 1928-ci ildə Dağıstanın Lak rayonunun Unçukatl kəndində anadan olmuşdu. 1937-ci ildən 1947-ci ilədək doğma kəndlərində oxumuşdu. 1948-ci ildən Leninqrad Pedoqoji institutunda oxumuşdu. 1952-ci ildən 1954-cü ilədək Dağıstanda tarix müəllimi işləmişdi. 1954-cü ildən 1958-ci ilədək SSRİ EA-nın Tarix institutunun aspiranturasında oxumuşdu. Akademik Vasili Struvenin yetirməsidir. Onun müəllimləri arasında Vasili Abayev, Lev Lipin, İqor Dyakonov və başqaları vardı.
Məhəmməd Dandamayev 28 avqust 2017-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində vəfat edib.