. Love.az

Malayziya Hava Yollari Reys 17 - Wikipedia - Love.az

Ana Səhifə - Malayziya Hava Yollari Reys 17
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Donetskdə təyyarə qəzası — 17 iyul 2014-cü ildə Donetsk vilayətində "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi qəzası.

Donetskdə təyyarə qəzası
Ümumi məlumatlar
Tarix
  • 17 iyul 2014
Yer Donetsk vilayəti, Ukrayna
Ölkə
  •  Malayziya
Sərnişin sayı 283
Komanda 15
Ölü sayı 298
Təyyarə
Təyyarə modeli Boinq-777
Uçuş nömrəsi 17
Qeydiyyat nömrəsi MH17
9M-MRD
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında vurulub. Təyyarənin göyərtəsində 295 nəfər olub. Onların 80-i uşaq olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Təyyarənin Amsterdam–Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir.

"Malaysia Airlines" şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. "Boeing-777"də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib. Olayda 27 vətəndaşını itirən Avstraliya isə konkret olaraq Rusiyanı ittiham edib. Bu ölkənin baş naziri Toni Ebbott Rusiyanı Ukraynadakı separatçıları "Buk" zenit-raket kompleksi ilə təchiz etməkdə suçlayıb: "Biz situasiyanı gərginləşdirmək istəmirik, lakin təyyarənin Rusiyanın göndərdiyi "yer-hava" tipli raketlərlə vurulduğu təsdiqlənərsə, məsuliyyətin böyük hissəsi Rusiyanın üzərində qalacaq".

Mündəricat

  • 1 Səbəbləri
  • 2 Dünyasını dəyişənlər
  • 3 Nəticə
  • 4 İstinadlar

Səbəbləri

redaktə
 
Təyyarəni vurduğu ehtimal edilən "Buk-m2 ky"

Ukrayna tərəfi sərnişin təyyarəsinin ölkənin şərqində fəaliyyət göstərən silahlı terrorçular tərəfindən "Buk" zenit-raket kompleksi ilə vurulduğunu bildirir. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hadisədən sonra terrorçular arasındakı telefon danışıqlarının audioyazısını açıqlayıb. Audioyazıda "Bes" ləqəbli terrorçu İqor Bezler təyyarənin vurulması haqda öz kuratoru, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki Vasili Nikolayeviç Geraninə məlumat verir: "Elə indicə təyyarə vurduq. "Miner"in qrupu vurub. Yenakiyevo tərəfə düşüb". İddiaya görə təyyarənin qalıqlarına baxışdan sonra terrorçular sərnişin təyyarəsi vurduqlarını başa düşüblər. Bunu "Mayor" və "Qrek" təxəllüslü terrorçuların telefon danışığından bilmək olur. "Qrek"in təyyarədə silah olub-olmadığı haqda sualına "Mayor" belə cavab verir: "Heç nə yoxdur. Mülki əşyalar, tibbi ləvazimatlar, dəsmallar, tualet kağızları…"

Bir qədər sonra terrorçulardan biri Don kazaklarının atamanı Nikolay Kozitsinlə danışır. Kozitsin deyir: "Sneijnoye-Torez rayonunda vurulan təyyarə barədə… Bu, sərnişin təyyarəsi imiş. Qrabovo tərəfə düşüb, orada çoxlu meyitlər, qadın və uşaq meyitləri var. Kazaklar indi oraya baxış keçirir". Terrorçunun "Malayziya təyyarəsi Ukraynada nə edirdi" sualına Kozitsin belə cavab verir: "Deməli, casusları daşıyırmış".

Ukrayna Təhlükəsizlik Xidməti Departamentinin rəhbəri Vitali Nayda bildirib ki, "Boeing 777" təyyarəsinin Rusiyadan Ukraynaya göndərilmiş "BUK-M" zenit-raket kompleksi vasitəsilə vurulması barədə təkzibedilməz sübutlara malikdir. Vitali Nayda Torez şəhərinin küçələrindən birində "BUK-M" quraşdırmasının fotosunun jurnalistlərə nümayiş etdirib. Həmçinin Donetsk ərazisisində silahın quraşdırmasının əks etdirən fotosu da təqdim olunub. Bundan başqa, ərazidə raketin buraxılması dəqiqəsində çəkilmiş foto göstərilib. Snejni qəsəbəsinə tərəf atılan raketin inversiya izi Malayziya təyyarəsinə tərəf atıldığını aydın göstərir. Vitali Nayda vurğulayıb ki, raketin işə salma yeri xidmət tərəfindən müəyyən edilib.[1] Vitali Nayda həmçinin vurğulayıb ki, Rusiya tərəfi terrorçulara "BUK-M" zenit-raket komplekslərinin hamısının Ukrayna ərazisindən təcili çıxarılmasına dair göstəriş verib. Belə ki, iyulun 18-də gecə saat 02.00 radələrində Luqansk vilayətində Rusiya sərhədini birinin üzərində "BUK-M" raket qurğusunun olduğu iki yedəkli yük maşını keçib. Həmin gün gecə saat 04.00 radələrində dövlət sərhədini daha 3 yedəkli yük maşını keçib – onlardan biri boş, digərində üzərində 4 raketin olduğu qurğu, üçüncüdə isə idarə modulu olan döyüş maşını olub.

Dünyasını dəyişənlər

redaktə
Vətəndaşlıqlarına görə sərnişlər
Vətəndaşı olduğu ölkə Həlak olan sərnişin sayı
  Niderland 154
  Avstraliya 27
  Malayziya 38
(23 sərnişin və 15 heyət)
  İndoneziya 11
  Böyük Britaniya 6
  Fransa 4
  Almaniya 4
  Belçika 4
  Filippin 3
  Honkonq 1
  Kanada 1
  İsrail 1
Məlum deyil 22
Ümumi 298

"Malaysia Airlines" şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. "Boeing-777"də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib. Olayda 27 vətəndaşını itirən Avstraliya isə konkret olaraq Rusiyanı ittiham edib.

Malayziyanın baş naziri Nəcib Tun Razakın nənəsi Puan Şri Siti Amira "Boeing-777" təyyarəsinin sərnişinləri arasında olub. 83 yaşlı Siti Amira Amsterdama ilk nikahdan olan qızının yanına gedibmiş.[2] Ondan başqa sərnişinlər arasında Hollandiya parlamentinin birinci palatasının (Senat) üzvü Villem Vitteveen də olub.[3] Sərnişin təyyarəsində dünyasını dəyişənlər arasında Avstraliyanın Melburn şəhərində keçiriləcək 20-ci beynəlxalq QİÇS/HİV-lə mübazirə konfransının iştirakçıları da yer almışdılar. Bu reyslə uçanlar arasında Beynəlxalq QİÇS-lə Mübarizə Cəmiyyətinin sabiq sədri Coep Lanqe ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Qlenn Tomas da vardı.[4]

Nəticə

redaktə

Beynəlxalq Mülki Aviasiya Təşkilatı qəzaya görə Rusiyanın məsuliyyət daşıdığına dair qərar dərc edib.[5][6]

İstinadlar

redaktə
  1. ↑ Təyyarəni Rusiya vurub Arxivləşdirilib 2014-07-20 at the Wayback Machine anspress.com
  2. ↑ "Malayziya baş nazirinin nənəsi Ukraynada vurulan "Boeing-777" təyyarəsinin sərnişinləri arasında olub". 2014-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-19.
  3. ↑ "Ukraynada vurulan təyyarədə Hollandiya Senatının üzvü də olub". 2014-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-19.
  4. ↑ Ukraynada məşhur alimlər də dünyasını dəyişib Arxivləşdirilib 2023-07-27 at the Wayback Machine milli.az
  5. ↑ "Rusiya Ukraynada sərnişin təyyarəsinin vurulmasına görə günahkar bilindi". Oxu.az (az.). İstifadə tarixi: 2025-05-12.
  6. ↑ "UN Council: Russia responsible for downing MH17, killing 298, including 196 Dutch".
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Malayziya_Hava_Yolları_reys_17&oldid=8132134"
LOVE.AZ