Mehmed Ziyayəddin Əfəndi (26 avqust 1873 – 30 yanvar 1938, İsgəndəriyyə) — 35. Osmanlı sultanı V Mehmedin böyük oğlu, Osmanlı şahzadəsi.
Mehmed Ziyayəddin Əfəndi | |
---|---|
محمد ضياء الدين أفندي | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Üsküdar sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | V Mehmed |
Anası | Kamurəs Qadınəfəndi |
Həyat yoldaşları |
Pərniyan xanım Ünsiyar xanım Pərizad xanım Mələkseyran xanım Neşəmənd xanım |
Uşaqları |
Behiyə Sultan Dürriyə Sultan Ruqiyə Sultan Mehmed Nazim Əfəndi Hayriyə Sultan Lütfiyə Sultan Ömər Fəvzi Əfəndi Mihrimah Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
![]() |
Mehmed Ziyayəddin Əfəndi 26 avqust 1873-cü ildə Üsküdar sarayında dünyaya gəldi. Atası dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Mehmed Rəşad, anası isə ubıx olan Kamurəs xanımdır. Uşaqlığını güclü nəzarət altında yaşayan Mehmed Ziyayəddin Əfəndi, atasının 1909-cu ildə taxta çıxmasıyla Dolmabağça sarayına köçürüldü. 1909-cu ildə təşkil edilən Anadolu səyahəti boyunca qardaşları Nəcməddin Əfəndi və Hilmi Əfəndiylə birlikdə atasının yanında yer aldı. Yenə 1911-ci ildə atası və qardaşlarıyla birlikdə Rumeliyə səyahət etdi. İstanbul Universitetinin tibb fakültəsini bitirmiş, dövrün tanınmış dermatoloqlarından biri olmuşdur. Bundan başqa qardaşıyla birlikdə Birinci Dünya müharibəsinə qatılmış, müharibə illərində general rütbəsinə qədər yüksəlmişdir. Türkiyə Cumhuriyyətinin qurulması və Osmanlı ailəsinin sürgün edilişinin ardından 1924-cü ilin mart ayında ölkəni tərk etdi və İsgəndəriyyəyə getdi. Ancaq sürgündə ağır günlər yaşadı və 30 yanvar 1938-ci ildə burada vəfat etdi.