. Love.az

Milli Respublika Qvardiyasi Portuqaliya - Wikipedia - Love.az

Ana Səhifə - Milli Respublika Qvardiyasi Portuqaliya

Milli Respublika Qvardiyası (GNR) (port. Guarda Nacional Republicana) Portuqaliyanın mülki əhali üzərindəki ictimai təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət daşıyan hərbi hüquq-mühafizə orqanıdır. 1801-ci ildə Regent şahzadə IV Juanın dövründə Lissabon Kral Mühafizəsi Polisi adı altında Fransa Jandarmı nümunə götürülərək yaradılmış olub, indiki adını isə 1910-cu ildə almışdır.

Milli Respublika Qvardiyası
port. Guarda Nacional Republicana
Milli Respublika Qvardiyasının gerbi
Növü Jandarmeriya/Milli Qvardiya
Yaranma tarixi 1801-müasir dövr
Ölkə
  •  Portuqaliya
Tabedir Portuqaliya Daxili İşlər Nazirliyi
Sayı 27.000[1]
Komandanlıq
Komandir General-leytenant Luís Francisco Botelho Miguel
gnr.pt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

GNR əsasən kənd yerlərində olmaqla Portuqaliya ərazisinin 94%-də, profilaktik polis və yol patruluna cavabdehdir.[1] Milli səviyyədə isə gömrük mühafizəsi, sahil mühafizəsi, təbiətin mühafizəsi, axtarış-xilasetmə əməliyyatları və mərasim mühafizəsi kimi fəaliyyət göstərir.

GNR üzvləri, mülki İctimai Təhlükəsizlik Polisi (PSP) üzvlərindən fərqli olaraq, hərbi qanunlara və təşkilatlara tabe olan hərbi qulluqçulardırlar. 2000-ci illərdən etibarən isə GNR İraq, Şərqi Timor və dünyanın digər regionlarındakı beynəlxalq əməliyyatlarda iştirak etmək üçün dəstələr göndərir.

Qaleriya

redaktə
  •  
    Milli Respublika Qvardiyasının süvari hissəsi.
  •  
    MilliRespublika Qvardiyasının qərargahı.
  •  
    Milli Respublika Qvardiyasının maşını (Skoda Octavia).

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Arxivlənmiş kopya". 1 may 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2020.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Milli_Respublika_Qvardiyası_(Portuqaliya)&oldid=7610250"
LOVE.AZ