. Love.az

Minare Mescidi - Wikipedia - Love.az

Ana Səhifə - Minare Mescidi
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Minarə məscidi (az.-əski. میناره مسجیدی‎) — Qacarlar dönəmində Urmiyada Hacı Əliyarxan sifarişi ilə tikilmiş tarixi məscid.

Minarə məscidi
Xəritə
37°33′03″ şm. e. 45°04′13″ ş. u.HGYO
Ölkə İran
Şəhər Urmiya
Yerləşir Urmiya
Aidiyyatı Qacarlar dövləti
Sifarişçi Hacı Əliyarxan
Hündürlüyü 22,5 m[1]
Uzunluğu
  • 15 m[1]
Eni 14 m[1]
Sahəsi
  • 450 m²[1]
Material daş[d][1], kərpic[1][2], ağac[1]
Minarə məscidi (İran)
Nöqtə
Minarə
məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Haqqında
  • 2 Memarlıq xüsusiyyətləri
  • 3 Görüntülər
  • 4 Xarici keçidlər

Haqqında

redaktə

Minarə məscidi Qacarlar dönəmində və 19-cu əsrin sonlarında tikilib. Minarə məscidində 1908-ci ildə quruculuq işləri aparılaraq, restavrasiya edilmişdir. Bu məscid Urmunun başqa məscidləri ilə fərqli olaraq, bir uca minarəyə malik olmasına görə belə adlandırılmışdır. İndilikdə məscid Urmunun mərkəzi hissəsi olan İmam xiyabanında yerləşir.[3]

Memarlıq xüsusiyyətləri

redaktə

Minarə məscidi kiçik bir məscid olaraq, həyət, eyvan və hovuzu yoxdur. Bu məscid bir uca minarəsi olmaqla, günbəzsizdir. Amma damının qabarıq olmasına görə ilk baxanda günbəzli bir məscidə bənzəyir. Məscidin tikintisində işlədilən əsas materiallar kərpic, daş və ağacdır. Məscid minarəsinin hündürlüyü 22,5 metr olmaqla eni aşağıdan yuxarıya azalır. Minarənin yuxarı hissəsi kaşı ilə bəzədilmişdir. Məscidin tikintisində işlədilən kərpiclər dördbucaq şəkillidir.[4]

Görüntülər

redaktə
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xarici keçidlər

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 https://www.tasnimnews.com/fa/news/1397/06/05/1812351/مسجد-مناره-یادگاری-از-دوران-قاجار-در-ارومیه.
  2. ↑ https://iranarchpedia.ir/entry/17202.
  3. ↑ "Seeİran: Minarə məscidi haqqında". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
  4. ↑ "Nabro". 2021-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Minarə_məscidi&oldid=7187733"
LOVE.AZ