. Love.az

Mirze Quliyev - Wikipedia - Love.az

Ana Səhifə - Mirze Quliyev

Mirzə Məcid oğlu Quliyev (11 yanvar 1974, Saatlı, Bərdə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.

Mirzə Quliyev
Mirzə Məcid oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 11 yanvar 1974(1974-01-11) (51 yaş)
Doğum yeri
  • Saatlı, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Hərbi fəaliyyəti
Rütbəsi
Polis polkovnik-leytenantı
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
"Hərbi xidmətlərə görə" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Döyüşlərdə iştirakı
  • 3 Ailəsi
  • 4 Milli Qəhrəman
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar

Həyatı

redaktə

11 yanvar 1974-cü il Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur. 1980–1991-ci illərdə burada təhsil almışdır. 1992-ci il hərbi xidmətə çağırılmışdır. Quliyev Mirzə dövlətçiliyimizin qorunmasında da, vətənpərvərlik borcunu layiqincə yerinə yetirir. Mirzə Polis Akademiyasını bitirdikdən sonra DİN-də işə qəbul edilir. Qəhrəmanımız hazırda polis polkovnik leytenantı kimi Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır.

Döyüşlərdə iştirakı

redaktə

Sədərək cəbhəsində döyüşlərə atılan Mirzə burada böyük şücaətlər göstərmişdi. PDM-də tuşlayıcı–atıcı kimi döyüşlərə girən cəsur döyüşçü onlarla erməni yaraqlısını məhv etmişdi. 1993-cü il 28 iyul tarixdə Ağdam cəbhəsinə göndərilir. Ağdam cəbhəsində Mirzə burada qaynar döyüşlərə girir və qəhrəmanlıqlarla dolu səhifələr yazır. Daha sonra Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərə atılır və PDM-si ilə xeyli erməni tankını alova bürüyür.

Ailəsi

redaktə

Ailəlidir, bir övladı var.

Milli Qəhrəman

redaktə

15 yanvar 1995-ci il "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilir.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğlu döyüşlərdə göstərdiyi igidliklərə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Ədəbiyyat

redaktə
  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 170–171.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mirzə_Quliyev&oldid=7911374"
LOVE.AZ