. Love.az

Molodyoj Azerbaydjana - Wikipedia - Love.az

Ana Səhifə - Molodyoj Azerbaydjana

Molodyoj Azerbaydjana (az.-əski. مولودژوک آزئربایدژانا‎, azərb-kiril. Молодјож Азербајджана, rus. Молодёжь Азербайджана; mənası – Azərbaycan gəncliyi), əvvəllər Molodoy raboçi və Raboçaya molodyoj — Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövründə fəaliyyət göstərmiş[1] komsomol qəzeti, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı.[2] Azərbaycanda rus dilində çıxan ilk leqal komsomol qəzeti olmuşdur.[3][4]

Molodyoj Azerbaydjana
Yaranma tarixi 1919
Dil rus dili
Baş ofis Bakı
Ölkə

Azərbaycan AXC

Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR

Tarixi

redaktə

Qəzetin ilk nömrəsi "Molodoy raboçi" adı ilə 11 iyun 1919-cu ildə çıxmış,[5] 6 oktyabrdan isə "Raboçaya molodjyoj" adı ilə çıxmışdır.[6] Qəzet Bakı şəhəri və onun rayonlarının Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqı MK-sının orqanı olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Müsavat hökumətinin təqibi nəticəsində nəşri dayandırılmışdır.[7] 7 yanvar 1923-cü il tarixindən 19 avqust 1941-ci ilə qədər "Molodoy raboçi" adı ilə nəşrə başlamış, İkinci Dünya müharibəsi illərində çapı dayandırılmışdır. 6 sentyabr 1945-ci ildən Sovet İttifaqı süquta uğrayanadək "Molodjyoj Azerbaydjana" adı ilə həftədə 3 dəfə çıxmışdır. Qəzet Azərbaycan gənclərinin həyatını işıqlandırır və kommunist təbliğatı ilə məşğul idi. 1982-ci ildə tirajı 60 min nüsxə idi. 1979-cu ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.[8]

Qəzetin müxbiri Salatın Əsgərova 6 yanvar 1991-ci ildə, Qarabağ münaqişəsi zamanı Böyük Qaladərəsi kəndi yaxınlıqlarında erməni separatçılar tərəfindən öldürülmüşdür.[9][10]

Həmçinin bax

redaktə
  • Azərbaycan gəncləri
  • Azərbaycan pioneri

İstinadlar

redaktə
  1. ↑ Азәрбајҹан Дөвләт Китаб Палатасы. Азәрбајҹан мәтбуат салнамәси. Palatasy.
  2. ↑ Молодој рабочи // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 40.
  3. ↑ Ismăi̐yl, Măḣmud. Azărbai̐jan tarikhi. "Azărbai̐jan Ensiklopedii̐asy" Năshrii̐i̐at-Poligrafii̐a Birlii̐i. 1997. ISBN 5-89600-197-5, 978-5-89600-197-3.
  4. ↑ Avetisi︠a︡n, G. A. (Grant Aleksandrovich). Комсомол Закавказья под знаменем пролетарского интернационализма. Izd-vo Akademii nauk Armi︠a︡nskoĭ SSR. 1968.
  5. ↑ "Азербайджанская советская социалистическая республика". www.hrono.ru. 2023-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-14.
  6. ↑ Vsesojuznaja knižnaja palata Sonstige. Газеты СССР 1917 - 1960 ; библиографический справочник. Izdat. "Kniga". 1980.
  7. ↑ Baĭramov, K. M. Массовые рабочие организации Азербайджана в борьбе за победу Советской власти, 1918-1920 гг. "Ėlm". 1983.
  8. ↑ Молодјож Азербајджана // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 40.
  9. ↑ КРОВАВЫЙ ОМУТ КАРАБАХА (Bloody Slough of Karabakh) Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine by Yuri Pompeyev
  10. ↑ Statistics on deaths of journalists and media workers 1990-2002 Arxiv surəti 30 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine International Federation of Journalists
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Molodyoj_Azerbaydjana&oldid=8129277"
LOVE.AZ