Monoteizm (yun. μόνος — tək, yun. θεός, Tanrı) — təktanrıçılıqla bağlı dini dünyagörüş və nəzəriyyə. İslam, Xristianlıq və Yəhudilik ən məşhur monoteist dinlərdir. Bunları "İbrahimi" monoteistik dinlər adlandırırlar, çünki rəvayətlərdə onların hamısının mənşəyi İbrahim peyğəmbərdən gəlir. Monoteizmə başqa baxışlar da vardır.
|
Təməlçi monoteistik dini təlimlərdə Tanrı insan tərəfindən dərk edilməyən şəxsiyyət kimi qəbul edilir. Onun zatı ya da mahiyyəti birdir. Tanrının konkret adları və sifətləri vardır. Onların çoxluğuna baxmayaraq, hamısı bir Tanrıya aiddir və başqa tanrıların mövcud olmasına işarət etmir. Bir olan Tanrı hər şeyin yaradıcısıdır və insan tərəfindən dərk edilə bilməz. O bütün varlığı idarə edir və hər şeyə qadirdir.
İbrahimi monoteisminə xas olan xüsusiyyətlər aşağıdakılardır:
Monoteizmi başqa cür təqdim edən təlimlər də vardır. Onların çoxunda Tanrı birdir. Ancaq o dünyanı yoxdan deyil, artıq əzəldən mövcud olan yaradılmamış materiyadan yaratmışdır.
Qeyri-ibrahimi monoteistik təlimlərin baxışları aşağıda verilmiş kimidir: