Musa Bağırov (10 may 1932 – 11 may 2022) — ssenari müəllifi, rejissor, Azərbaycan yazıçısı. Əməkdar incəsənət xadimi
Musa Bağırov | |
---|---|
![]() | |
Doğum tarixi | 10 may 1932(1932-05-10) |
Vəfat tarixi | 11 may 2022(2022-05-11) (90 yaşında) |
Fəaliyyəti |
Rejissor Pedaqoq Yazıçı |
Üzvlüyü |
Tanınmış sənədli filmlər rejissoru olan Musa Bağırov uzun illər “Azərbaycanfilm” və “Ekran” Yaradıcılıq Birliyində 50-dən artıq sənədli filmə quruluş verib. Onun filmləri bir çox beynəlxalq festivallarda mükafatlara layiq görülüb. O, uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.[2]
Professor Musa Bağırov 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilmişdir. 1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yarandı. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik etmişdir. [3]
Musa Bağırov həmçinin general Həzi Aslanovla bağlı araşdırmaların müəllifidir. Onunla bağlı film çəkmiş (General Aslanov (film, 1970)), barəsində 1988-ci ildə rus dilində nəşr olunmuş "Generalın yolu", 1999-cu ildə Azərbaycan dilində işıq üzü görmüş "Sərkərdənin taleyi" kitablarının müəllifidir. [4]
Musa Bağırov 2010-cu ildə öz şəxsi kitabxanasını Dövlət Film Fonduna hədiyyə edib.[2]
Əməkdar incəsənət xadimi
Rejissor kimi
Ssenari müəllifi kimi
Montaj rejissoru kimi