My Dress-Up Darling,[a] Yaponiyada tanınan adı ilə Sono Bisque Doll wa Koi wo Suru[b] – Şiniçi Fukuda tərəfindən yazılan və çəkilən manqa seriyası. 2019-ci ilin mayından 2025-ci ilin martına qədər "Square Enix" nəşriyyatının "Young Gangan" jurnalında serializasiya olunmuşdur. Manqa seriyasının 14 tankobon cildi buraxılmışdır. Manqa seriyası hina kukları düzəltməyi sevən gənc usta Vakana Qoco və onun kospley etməyi sevən populyar sinif yoldaşı Marin Kitaqava arasında yaranan romantik münasibətlərdən bəhs edir. Qoco Kitaqavanın kospleyləri üçün kostyumların hazırlanmasında iştirak edir.
My Dress-Up Darling | |||||||||||||||||||||||||||||||
![]() Birinci tankobon cildinin üzlüyü. Personaj: Marin Kitaqava. | |||||||||||||||||||||||||||||||
その着せ替え人形は恋をする (Sono Bisque Doll wa Koi wo Suru) | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Janr | romantik komediya, həyat dilimi | ||||||||||||||||||||||||||||||
Manqa | |||||||||||||||||||||||||||||||
Manqaka | Şiniçi Fukuda | ||||||||||||||||||||||||||||||
Nəşriyyat | Square Enix | ||||||||||||||||||||||||||||||
İmprint | Young Gangan Comics | ||||||||||||||||||||||||||||||
Jurnal | Young Gangan | ||||||||||||||||||||||||||||||
Demoqrafiya | seynen | ||||||||||||||||||||||||||||||
Nəşr tarixi | 19 yanvar 2018 – 21 mart 2025 | ||||||||||||||||||||||||||||||
Cildlər | 14 (cild siyahısı) | ||||||||||||||||||||||||||||||
Fəsil sayı | 115 | ||||||||||||||||||||||||||||||
Anime serialı | |||||||||||||||||||||||||||||||
Rejissor | Keysuke Şinohara | ||||||||||||||||||||||||||||||
Ssenarist | Yoriko Tomita | ||||||||||||||||||||||||||||||
Bəstəkar | Takeşi Nakatsuka | ||||||||||||||||||||||||||||||
Studiya | CloverWorks | ||||||||||||||||||||||||||||||
Lisenziya | Crunchyroll | ||||||||||||||||||||||||||||||
Kanal | Tokyo MX, GYT, GTV, BS11, ytv, Mētele, AT-X | ||||||||||||||||||||||||||||||
Yayım tarixi | 9 yanvar 2022 – hazırda | ||||||||||||||||||||||||||||||
Seriyalar | 12 (seriya siyahısı) | ||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
![]() |
"CloverWorks" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2022-ci ildə yayımlanmış və ikinci mövsümü anons edilmişdir. Seriya əsasında çəkilən dorama 2024-ci ilin oktyabrından dekabrına qədər yayımlanmışdır. 2024-cü ildə "Bisque Doll de chu♥︎" adlı spin-off serializasiya olunmağa başlamışdır.
Vakana Qoco hina kuklalarını çox sevən, boş vaxtlarında babasının emalatxanasında hina kuklaları hazırlayan lisey tələbəsidir. Bu hobbisinə görə uşaqlıqdan etibarən həmyaşıdları tərəfindən ələ salınan Vakananın heç bir dostu yoxdur və məktəbdə də populyar deyil. Onunla eyni sinifdə oxuyan Marin Kitaqava isə çox gözəl və çox populyar qızdır. İlk baxışdan fərqli dünyaların insanları kimi görünürlər. Bir gün Vakana məktəbin tikiş otağında gizlicə işləyərkən içəri daxil olan Marin Vakananın tikiş bacarıqları olduğunu öyrənir və ondan kömək istəyir: Marin böyük kospley fanatıdır, lakin kostyum hazırlamaqda heç yaxşı deyil. Vakana Marinin kospley bələdçisi olmaq təklifini qəbul edir. Marinin dəstəyi ilə Vakana sosiallaşmağa və özünəinam qazanmağa başlayır. Eyni zamanda onlar arasında romantik münasibətlər inkişaf edir.
Manqanın müəllifi Şiniçi Fukuda müsahibəsində bildirmişdir ki, kospleyerləri çoxu bu hobbiyə görə sevgililəri ilə problem yaşayır. Belə ki, sevgililəri onların kospleydən əl çəkmələrini, əks halda onlardan ayrılacaqlarını bildirir. Bu səbəbdən Fukuda manqanı yazarkən Marin və Vakananı bir-birilərinin hobbilərini dəstəkləyən cütlük kimi yazmağa qərar vermişdir. O, Vakananı dostları olmayan yetim olaraq yazmışdır ki, problemlərini həll etmək üçün sadəcə Marindən dəstək alsın.[1]
Fukuda anime adaptasiyasının ilk 2 seriyasını izlədikdən sonra adaptasiyasını o qədər bəyənmişdir ki, sevincdən ağlamış və həmin seriyaları 13 saat boyunca təkrar-təkrar izləmişdir.[1]
Manqa seriyası Şiniçi Fukuda tərəfindən yazılmış və çəkilmişdir. 19 yanvar 2018-ci ildən 21 mart 2025-ci ilə qədər "Young Gangan" jurnalında serializasiya olunmuşdur.[2][3] Manqa seriyasının 14 tankobon cildi buraxılmışdır. Birinci cild 24 noyabr 2018-ci ildə, 14-cü cild 25 noyabr 2024-cü ildə buraxılmışdır.[4][5]
Çoboraunyopomi tərəfindən yazılan və illüstrasiya olunan "Bisque Doll de chu♥︎" adlı spin-off manqası 20 dekabr 2024-cü ildə "Young Gangan" jurnalında serializasiya olunmağa başlamışdır.[6]
16 aprel 2021-ci ildə "Young Gangan" jurnalının 9-cu buraxılışında manqa seriyasının anime serialı adaptasiyası anons edilmişdir.[7] "CloverWorks" studiyası tərəfindən çəkilən anime serialının rejissoru Keysuke Şinohara, ssenaristi Yoriko Tomita, personaj dizayneri və baş animasiya rejissoru Kazumasa İşihara, bəstəkarı Takeşi Nakatsuka və səs rejissoru Akiko Fucitadır.[8] Birinci mövsüm 9 yanvardan 27 mart 2022-ci ilə qədər Tokyo MX və digər kanallar vasitəsilə yayımlanmışdır. Açılış mahnısı "Spira Spica" tərəfindən ifa olunan "Sansan Days"[c] mahnısı, bağlanış mahnısı Akari Akase tərəfindən ifa olunan "Koi no Yukue"[d] mahnısıdır.[8] 24 sentyabr 2022-ci ildə anime serialının rəsmi fanat kitabı buraxılmışdır.[9]
İkinci mövsüm 17 sentyabr 2022-ci ildə anons edilmişdir.[10] İkinci mövsüm 2025-ci ilin iyulundan yayımlanacaq. Açılış mahnısı "Spira Spica" qrupu tərəfindən ifa olunan "Ao to Kirameki"[e] mahnısıdır.[11]
2024-cü ilin avqustunda dorama adaptasiyası anons edilmişdir. Doramada Marin Kitaqava rolunu Riko Naqase, Vakana Qoco rolunu Koto Nomura canlandırmışdır. "Kyodo Television" tərəfindən istehsal olunan doramanın rejissoru Koci Şintoku və ssenaristi Satoko Okazakidir. Serial 9 oktyabr 2024-cü ildə MBS kanalının Dramaism veriliş bloku vasitəsilə yayımlanmağa başlamışdır.[12]
2023-cü ilin oktyabrında manqanın tirajı 10 milyon nüsxəni keçmişdir.[13] Manqa 2020-ci ildə Rəqəmsal Komiks Mükafatının kişilər kateqoriyasının qalibi olmuşdur.[14]