"Young Gangan" (ヤングガンガン, Yanqu Qanqan?) – "Square Enix" nəşriyyatı tərəfindən nəşr olunan seynen manqası jurnalı. Jurnalda hər iki həftədən bir çıxır.
Young Gangan | |
---|---|
![]() | |
![]() Jurnalında 2019-cu ildə buraxılmış 5-ci buraxılışının üzlüyü. | |
Növ | seynen manqası |
Təsis tarixi | 2004 |
İlk buraxılışı | 3 dekabr 2004 (2004-12-03) |
Şirkət | Square Enix |
Ölkə |
![]() |
Dil | yaponca |
magazine.jp.square-enix.com/yg/ |
"Young Gangan" jurnalı 3 dekabr 2004-cü ildən nəşr olunur. Jurnal ayda iki dəfə çıxır: birinci və üçüncü cümə günləri. Jurnalın üzlüklərində müxtəlif fotomodellərin təsvirləri yer alır. Məsələn, 2019-cu ildə yapon kospleyer Enakonun "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?" animesinin personajı Hestiyanın kospleyini etmiş və jurnalın 5-ci buraxılışının üzlüyündə peyda olmuşdur.[1]
2008-ci ildə jurnalın redaktorlarından biri yetkin olmayan idollarla içki içməyə getdiyi barədə doğru olmayan bloq postları paylaşdığı üçün mübahisəyə səbəb olmuş və jurnaldakı işindən çıxarılmışdır.[2]
Jurnalda nəşr olunan seriyalara "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?"[3] (2013), "Space Dandy"[4] (2013), "Baccano!"[5] (2015), "Restaurant to Another World"[6] (2016), "86"[7] (2018), "My Dress-Up Darling"[8] (2018), "My Awkward Senpai"[9] (2019) kimi seriyalar daxildir.