Nəcəf Abbas oğlu Nəcəfov (16 may 1930, Məsimli – 19 noyabr 2013, Bakı) — Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis.
Nəcəf Nəcəfov | |
---|---|
Nəcəf Abbas oğlu Nəcəfov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Atası | Abbas Nəcəfov |
Elm sahəsi | Heyvandarlıq |
Elmi dərəcəsi | Kənd təsərrüfatı elmləri namizədi (1966) |
Elmi adı | Baş elmi işçi (1988) |
İş yeri | AzETHİ-nin Abşeron Heyvandarlıq Təcrübə Stansiyası |
Təhsili | Kənd Təsərrüfatı İnstitutu |
Elmi rəhbəri | akademik Mirzə Sadıxov |
Tanınır | Seleksiyaçı-alim, Abşeron cinsinin müəllifi |
Mükafatları |
![]() ![]() ![]() ![]() |
![]() |
Nəcəf Nəcəfov 16 may 1930-cu ildə Qərbi Azərbaycanın Qəmərli rayonunun Məsimli kəndində anadan olub.
Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə seleksiyaçı-alim Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşıdır. Kənd təsərrüfatı elmləri namizədi, seleksiya üzrə baş elmi işçidir. Elmi fəaliyyətə 1953-cü ildən başlamışdır.
1971–2007-ci illərdə Abşeron Heyvandarlıq Təcrübə Stansiyasında baş və aparıcı elmi işçi, "Qala-Abşeron" cinsli qoyunçuluq mövzusunun elmi rəhbəri və məhsul icraçısı olmuşdur
Yarımqaba yunlu "Abşeron" qoyun cinsinin müəllifidir.
Bu cinsin yaradılması mərhələlərinin aşağıdakı ardıcıllıqla elmi rəhbəri və icraçısı olmuşdur.
Damazlıq kimi çoxaldılmış bu cins heyvanlar Azərbaycanın Abşeron, Quba-Xaçmaz, Şirvan, Muğan-Salyan və Lənkəran bölgələrinin kolxoz, sovxoz, yardımçı təsərrüfatları və fərdi fermer təsərrüfatlarına satılmışdır. Bu iş indi də davam etdirilir.
Təsərrüfatlar | Yaş və cinsiyyət qrupu | İllər | |||||
---|---|---|---|---|---|---|---|
2003 | 2004 | 2005 | |||||
çirkli yun | təmiz yun | çirkli yun | təmiz yun | çirkli yun | təmiz yun | ||
GÜZDƏK | Törədici qoçlar | 3,885 | 2,408 | 3,859 | 2,392 | 3,990 | 2,473 |
Ana qoyunlar | 2,773 | 1,719 | 2,832 | 1,755 | 2,771 | 1,718 | |
Şişəklər | 2,858 | 1,771 | 3,020 | 1,881 | 2,923 | 1,812 | |
QOBU | Törədici qoçlar | 3,849 | 2,386 | 3,881 | 2,406 | 3,897 | 2,416 |
Ana qoyunlar | 2,733 | 1,694 | 2,814 | 1,742 | 2,811 | 1,742 | |
Şişəklər | 2,818 | 1,747 | 2,920 | 1,810 | 2,882 | 1,786 |
AzETHİ-nin tələbinə əsasən Abşeron Heyvandarlıq Təcrübə Stansiyasında 1971–2008-ci illərdə aparılan Qala, Qala-Abşeron və Abşeron qoyun cinsləri ilə əlaqədar dərc edilmiş məqalələrin siyahısı
Vikianbarda Nəcəf Nəcəfov ilə əlaqəli mediafayllar var. |