. Love.az

Neriman Nerimanovun Bustu Sumqayit - Wikipedia - Love.az

Ana Səhifə - Neriman Nerimanovun Bustu Sumqayit

Nəriman Nərimanovun büstü[1] — Yerli əhəmiyyətli abidə 1964-cü ildə heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva tərəfindən işlənmişdir. Sumqayıt şəhərində ən yaşlı monumental abidələrdən sayılır. Abidə 1964-cü ildə açılmışdır. Abidə Sumqayıt şəhəri, 15-məhəllə, Heydər Əliyev prospektində yerləşir. Büstün postamentində naşir, dramaturq və dövlət xadimi olan Nəriman Nərimanovun adı kiril əlifbası ilə yazılsa da 2000-ci illərdə yazı latınca ilə əvəzlənmişdir. Postament mərmər üzlüklə üzlənmişdir.

Nəriman Nərimanovun büstü
Ölkə Azərbaycan
Yerləşir Sumqayıt
Heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva

Həmçinin bax

redaktə
  • Sumqayıtdakı şəhər heykəllərinin siyahısı
  • Nəriman Nərimanovun xatirə muzeyi
  • Nəriman Nərimanovun heykəli (Bakı)

İstinadlar

redaktə
  1. ↑ "Nəriman Nərimanovun büstü (Sumqayıt)". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-16.

Mənbə

redaktə
  • Sumqayıt abidələri Arxivləşdirilib 2016-11-04 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nəriman_Nərimanovun_büstü_(Sumqayıt)&oldid=7285960"
LOVE.AZ