. Love.az

Naruhito - Wikipedia - Love.az

Ana Səhifə - Naruhito

Naruhito (yap. 皇太子徳仁親王; 23 fevral 1960, Tokio İmperiya Sarayının hospitalı[d]) — 126-cı Yaponiya imperatoru, 125-ci Yaponiya imperatoru Akihito (Yamato sülaləsindən) və imperatriçə Miçikonun oğlu. İkinci Dünya müharibəsindən sonra doğulmuş ilk Yaponiya imperatoru.

Naruhito
yap. 皇太子徳仁親王
Yaponiyanın 126-cı İmperatoru
Vəzifədədir
1 may 2019-cu ildən
ƏvvəlkiAkihito
Şəxsi məlumatlar
Doğum adı 浩宮徳仁親王
Doğum tarixi 23 fevral 1960(1960-02-23) (65 yaş)
Doğum yeri
  • Tokio İmperiya Sarayının hospitalı[d], Çiyoda[d], Çiyoda, Tokio, Yaponiya
Fəaliyyəti monarx, əsilzadə
Atası Akihito
Anası Miçiko
Həyat yoldaşı Masako Ovada
Uşağı qızları: Aiko (Şahzadə Toşi)
Ailəsi Yaponiya imperator evi[1]
Dini şintoizm
Elmi fəaliyyəti
Elm sahəsi Yaponiya tarixi
Elmi dərəcələri
  • magistr

Təltifləri Order of the Gold Lion of the House of Nassau (Niderland krallığı) Order of the Crown (Netherlands) (Niderland) — 1991 Bant ordeni (İngiltərə krallığı) — 2024 "III Karlos" ordeninin böyük xaçı (İspaniya) — 2008 Grand Cross of Honor for Services to the Republic of Austria (Avstriya) — 1999 Grand Collar of the Order of the Southern Cross (Braziliya) — 2025 "Mədəniyyət" ordeni (Yaponiya) — 2019 Collar of the Supreme Order of the Chrysanthemum (Yaponiya) — 2019 Grand Cordon of the Supreme Order of the Chrysanthemum (Yaponiya) — 1980 "Pavlovniya çiçəkləri" ordeninin Böyük kordonu (Yaponiya) — 2019 Grand Cross 1st class of the Order of Merit of the Federal Republic of Germany (Almaniya) — 1997 "Müqəddəs Olaf" ordeni (Norveç) — 2001 "Macarıstan qarşısında xidmətlərə görə" Böyük xaçı — 2000 Grand Cordon of the Order of Leopold (Belçika) — 1996 Serafimlər ordeni (İsveç) — 2003 "Fil" ordeni (Danimarka) — 2004 "İtaliya qarşısında xidmətlərə görə" ordeninin böyük cəngavər xaçı — 1982 "Xilaskar" ordeni (Yunanıstan) Order of Christ (Portuqaliya) Grand Cross of the Military Order of Christ (Portuqaliya) Order of Al-Khalifa (Bəhreyn) "Böyük Mübarək" ordeni (Küveyt) Order of Merit (Qatar) (Qətər) "Zaid" ordeni (Birləşmiş Ərəb Əmirlikləri) — 1995 Order of Sikatuna (Filippin) — 2002 Q16675177 Q11509186 (Yaponiya) Order of the Defender of the Realm (Malayziya)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Uşaqlığı
  • 2 Təhsili
  • 3 Şəxsi həyatı
  • 4 Mükafatları
    • 4.1 Fəxri dərəcələri
    • 4.2 Fəxri vəzifələri
  • 5 Həmçinin bax
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Uşaqlığı

redaktə
 
Naruhito 1961-ci ilin fevral ayında

Naruhito 1960-cı ilin fevral ayında Tokio imperiya sarayının hospitalında doğulub.

Naruhitonun uşaqlığının xoşbəxt keçdiyi bildirilir və onun atçılıq, musiqi və alpinizm kimi bir çox hobbisi var idi. Bir gün sarayın ərazisində qədim yolun qalıqlarını tapan Naruhito nəqliyyat tarixinə maraq duymağa başladı və öz bakalavr və magistr dərəcələrini də tarix fənnindən aldı.[2] O, daha sonra dedi:"Mənim uşaqlıqdan bəri yollara marağım var idi. Yollar səni bilinməyən dünyaya aparırır. Mənim liderlik həyatım olandan bəri küçədə azad gəzmək şansım azdır, demək lazımdır ki, yollar bilinməyən dünyaya dəyərli bir körpüdür".[3]

1974-cü ilin avqust ayında 14 yaşındakı şahzadə Avstraliyanın Melburn şəhərinə göndərildi. Naruhitonun atası Akihitonun bir il əvvəlki gəzintisindən sonra bu ərazi haqqında müsbət fikri var idi və o, oğlunu da getməsi üçün dəstəklədi.[4] O, Colin Harper adlı biznesmenin ailəsində yaşadı.[5] Şahzadə ev sahibinin uşaqları ilə skripka çaldı, tennis oynadı, Lonsdeyl ərazisində at sürdü və Uluruya dırmaşdı.[6] O hətta Avstraliyada önəmli dövlət adamları üçün rəsmi naharda skripka çaldı.[7]

Təhsili

redaktə

Naruhitonun dörd yaşı olanda prestijli Qakuşuin məktəb sistemində qeydiyyata alındı. Bu Yaponiyada elit ailələrin uşaqlarını göndərdiyi məktəb idi.[8] Naruhito coğrafiya klubuna qoşuldu.[9]

Naruhito Qakuşuindan 1982-ci ildə tarix fənnində bakalavr dərəcəsi ilə məzun oldu.[10] O, növbəti ilin iyul ayında İngiltərədəki Oksford Universitetinin Merton kollecinə daxil olmazdan əvvəl üç ay intensiv İngilis dili kursuna qatıldı.[11] Naruhito burada 1986-cı ilə qədər qaldı . Naruhito öz 18-ci əsrdə Yuxarı Temzada naviqasiya və yol hərəkəti tədqiqi tezisini 1989-cu ilə qədər yoxlamağa təqdim edə bilmədi.[12] O, daha sonra The Thames and I--a Memoir of Two Years at Oxford kitabında bu üç ilinə geri qayıtdı. Onun getdiyi yerlər arasında Trout Inn və The White Hart kimi yerlərin daxil olduğu 21 tarixi meyxana var.[13] Naruhito Yapon cəmiyyətinə və Dram cəmiyyətinə qoşuldu, karate və cüdo cəmiyyətlərinin fəxri prezidenti oldu.[14] O, burada tennis oynadı və Merton komandasında 6 nəfərdən üçüncüsü idi.[14] Naruhito həm də mütəxəssis kimi qolf oynayırdı.[14] Mertondakı ilk üç ilində o, Böyük Britaniyanın tərkibində olan dövlətlərin ən hündür zirvələrinə dırmaşdı: Şotlandiyada Ben Nevis, Uelsdə Snoudon və İngiltərədə Scafell Pike.[15]

Şəxsi həyatı

redaktə

9 iyun 1993-cü ildə Naruhito Masako Owada ilə evlənmişdir. Cütlüyün 1 dekabr 2001-ci il təvəllüdlü Aiko adlı bir qızları var. 8 ildən sonra doğulan qız ilə taxta qadınların da keçməsini icazə verən qanunun çıxarılması önə sürülmüşdür.[16] Çünki imperator Akihitonun qardaşı Şahzadə Hitaçinin övladı yox idi, imperatorun əmisi Şahzadə Mikasanın oğlan nəvəsi yox idi və Şahzadə Katsura heç evlənməmişdi. Ancaq Naruhitonun qardaşının oğlu olması ilə imperatorluq taxtının varisi bəlli oldu.

Mükafatları

redaktə

Fəxri dərəcələri

redaktə
  • Oksford Universiteti

Fəxri vəzifələri

redaktə
  • Yaponiyanın Qırmızı Xaç Komitəsinin fəxri vitse-prezidenti
  • Birləşmiş Millətlər Təşkilatının baş katibinin Su və Sanitariyaya görə məşvərətçi şurasının fəxri prezidenti

Həmçinin bax

redaktə
  • Hazırkı monarxların siyahısı

İstinadlar

redaktə
  1. ↑ https://www.bbc.com/news/world-asia-48101637.
  2. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 76.
  3. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 77.
  4. ↑ Hills, Ben (2006). Princess Masako: Prisoner of the Chrysanthemum Throne. London; New York: Jeremy P. Tarcher/Penguin. p. 56. ISBN 1-58542-568-0. OCLC 76074219.
  5. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 57.
  6. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 60–61.
  7. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 60.
  8. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 77–78.
  9. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 79.
  10. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 81.
  11. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, pp. 142–143, 152.
  12. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p.144–145
  13. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, pp. 145–146.
  14. ↑ 1 2 3 Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 150.
  15. ↑ Hills, Ben. Princess Masako: Prisoner of the Chrysanthemum Throne, p. 151.
  16. ↑ "Life in the Cloudy Imperial Fishbowl," Arxivləşdirilib 2007-10-17 at the Wayback Machine Japan Times. 27 March 2007.

Xarici keçidlər

redaktə
  Vikianbarda Naruhito ilə əlaqəli mediafayllar var.
  • Kunaicho | Their Imperial Highnesses Crown Prince Naruhito and Crown Princess Masako
  • Kunaicho | Press Conference on the occasion of His Imperial Highness the Crown Prince's Birthday (2013)
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Naruhito&oldid=7422880"
LOVE.AZ