. Love.az

Qolf - Wikipedia - Love.az

Ana Səhifə - Qolf
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş bir sahədə qolf çubuqları və kiçik sərt bir topla oynanan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır.

Qolf
Ümumi məlumatlar
Mənşə ölkəsi
  •  Şotlandiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Qolfun növləri
  • 3 Qolf turizmi ilə məşğul olan şirkətlər
  • 4 Olimpiadalarda
  • 5 Azərbaycanda
  • 6 İstinadlar
  • 7 Mənbə

Tarixi

redaktə

Bu idman növünün vətəni Şotlandiya sayılır. Çobanlar tərəfindən yaradıldığı güman edilən qolf növündə əsas məqsəd ayrıca iştirakçılar və ya komandaların xüsusi ağaclarla müəyyən məsafəni minimal sayda zərbələrlə qət etməklə kiçik topu quyucuqlara salınmasından ibarətdir.

Hazırda dünya miqyasında isə qolf elitar növlərdən sayılır. Xüsusən, ABŞ-də populyar olan bu növ üzrə Tayger Vuds kimi məşhur idmançı yetişib. Vuds həm də dünyanın ən varlı idmançısıdır. Nüfuzlu "Forbes" jurnalının hesablamasına əsasən, 33 yaşlı idmançının illik gəliri 11,9 milyon dollardır. 1996-cı ildən qolfla məşğul olan Vudsun əmlakı 1 milyard dolları keçib.

Qolfun növləri

redaktə
  • Golf
  • MiniGolf və ya Miniatür Golf
  • Simulyator (qolf kompüter oyunlarında)

Qolf turizmi ilə məşğul olan şirkətlər

redaktə
  • PGA Tour (1968) ABŞ
  • PGA European Tour
  • Japan Golf Tour (1973)
  • Asian Tour
  • PGA Tour of Australasia (1973)
  • Sunshine Tour (C. Afrika)
  • Canadian Professional GT (1970)
  • Tour de las Américas (L. Amerika)
  • Nationwide Tour (1990) ABŞ
  • Challenge Tour (Avropa)

Olimpiadalarda

redaktə

Qolf 1900 və 1904-cü illərdə Yay Olimpiya Oyunlarının proqramında olub. Beynəlxalq Olimpiya Komitəsinin 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə baş tutan 121-ci sessiyasında yenidən 2016 və 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

Azərbaycanda

redaktə

Azərbaycanda ilk Qolf Klubu 2013-cü ildə Quba şəhərində açılmışdır. 2013-cü il Oktyabr ayında Bakıda Milli Qolf akademiyası açılmışdır.[1] Bakı Qolf Akademiyasının qolf meydançasının ümumi sahəsi 14,000 m²-dir. 2014-cü ilin iyun ayında ilk Milli Qolf Turniri keçirilib.[2]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycanda Qolf Akademiyası açıldı – Foto". Oxu.Az (az.). 2013-10-02. 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.
  2. ↑ "Azərbaycan tarixində ilk Milli Qolf Turniri – FOTOREPORTAJ". Oxu.Az (az.). 2014-06-09. 2024-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-30.

Mənbə

redaktə
  • Azərbaycan Qolf Federasiyası Arxivləşdirilib 2014-03-07 at the Wayback Machine
  • Azərbaycan Qolf Federasiyası Facebook-da
  • Yeni olimpiya növləri Azərbaycanda Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qolf&oldid=7453903"
LOVE.AZ