. Love.az

Natavan Haciyeva - Wikipedia - Love.az

Ana Səhifə - Natavan Haciyeva

Natavan Əsgər qızı Hacıyeva (1942, Bakı – 1 may 2019, Bakı) — Azərbaycan diktoru, televiziya aparıcısı, Azərbaycan SSR əməkdar artisti (1990), prezident təqaüdçüsü[1].

Natavan Hacıyeva
Doğum tarixi 1942
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1 may 2019(2019-05-01)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi xərçəng xəstəliyi
Atası Əsgər Hacıyev
Anası Şölə Hacıyeva
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1990

Mündəricat

  • 1 Bioqrafiyası
  • 2 Mükafatları
    • 2.1 Ailəsi
    • 2.2 Ölümü
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Bioqrafiyası

redaktə

Natavan Hacıyeva 1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Əsgər Hacıyev hüquqşünas, anası Şölə xanım ali təhsilli evdar xanım olub. "Axırıncı aşırım" filmində obrazı yaradılan tarixi şəxsiyyət Kərbəlayi İsmayıl onun ata babasıdır. O, 5 qardaşın böyük bacısı idi. Məktəbi qızıl medalla bitirmişdir.[1]

  Əslində mən ərəb dili üzrə mütəxəssis olmaq istəyirdim. Amma qismət ayrıymış. Həmin il Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsi yaradıldı, avropa dilləri üzrə isə ayrıca institut yaradıldı. Rus dili, ədəbiyyat isə Pedoqoji İnstitutda qaldı. Fikirləşdim, sənədlərimi götürüb verim universitetə, ya yox? İmtahana bir həftə qalmışdı. Fikrimi dəyişdim.  

Pedaqoji Universitetinə qəbul olundu.[1]

1959-cu ilin qışında elan olunan diktorluq müsabiqəsində bəxtini sınadı, ancaq onu seçmədilər. 1960-cı ildə keçirilən müsabiqədə isə qalib gəldi. Rejissor Kamil Rüstəmbəyovun "Aygün" filmində epizodik rolda çəkildi. Xurşidbanu Natəvanın heykəlinin açılışında öz yazdığı şeiri oxudu.

  Özü də həmişə deyirəm ki, mən gözəl qız olmamışam. Qarayanız, sadə qız idim. Kosmetika çəkmirdim. Buna baxmayaraq diktor seçildim.  

170 nəfər arasında təkcə o qəbul olundu. Beləliklə, 1960-cı il avqustun 22-də ilk dəfə efirə çıxdı. Həmin vaxt ilk peşəkar diktor ştatı onun üçün açılmışdı.[1]

"Dünya” Ana və Uşaq İctimai Birliyinin və Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri Dünyaxanım Əliyevanın təşəbbüsü və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2010-cu il sentyabr ayının 27-də Gənc Tamaşaçılar Teatrında yaradıcılığının 50 illiiyi ilə yubiley gecəsi keçirilib.[2]

Mükafatları

redaktə

2010-cu ilin avqustun 25-də KİV Həmkarlar İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb.

Ailəsi

redaktə

1 qızı, 2 nəvəsi var idi.[1]

Ölümü

redaktə

Xərçəngdən əziyyət çəkən aparıcı 1 may 2019-cu ildə Bakıda vəfat etmişdir.[3]

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ 1 2 3 4 5 Xəyalə MURADLI. "Natəvan Hacıyeva" (az.). lent.az. 2019-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-17.
  2. ↑ "Tanınmış əfsanəvi diktor Natavan Hacıyevanın Yaradıcılıq Gecəsi keçiriləcək". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.
  3. ↑ "Natavan Hacıyeva vəfat etdi". 2019-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.

Xarici keçidlər

redaktə
  • Скончалась известная азербайджанская телеведущая Натаван Гаджиева
  • Efirin Natavanı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Natavan_Hacıyeva&oldid=8052692"
LOVE.AZ