Dunyaxanım Əliyeva (Tam adı: Dünyaxanıım Yunus qızı Əliyeva; d. 1 iyun 1961, Azərbaycan, Lerik) — Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Şurasının və "Dünya Ana və Uşaq" ictimai birliyinin sədri, Dunyaxeber.org saytının baş redaktoru.
Dünyaxanım Əliyeva | |
---|---|
Dünyaxanıım Yunus qızı Əliyeva | |
Doğum tarixi | (63 yaş) |
Doğum yeri | Azərbaycan, Lerik |
Vətəndaşlığı |
![]() ![]() |
Atası | Yunus |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Şurasının və "Dünya Ana və Uşaq" ictimai birliyinin sədri |
Mükafatları |
Dünyaxanım Əliyeva 1961-ci ildə 1 iyun tarixində Lerik rayonunda anadan olmuşdur. 1963-cu ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Bakı şəhər 70 nömrəli məktəbdə oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademyasına daxil olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Şurasının və "Dünya Ana və Uşaq" ictimai birliyinin sədridir. Dunyaxeber.org saytının baş redaktorudur.
Dünyaxanım Əliyeva 90-ci illərdən ölkənin ictimai həyatında fəallığı ilə seçilmiş, 1992–2003-cü illərdə "AMAY" MMC-nin sədr müavini olmuşdur. Qarabağ döyüşlərində tez-tez əsgər və zabitlərimizlə görüşmüş, hərbi hissələrə yardımlar aparmışdır.[1] Dünyaxanım Əliyeva Mərdəkan qəsəbəsində və "Qızılqum" sanatoriyasında məskunlaşmış məcburi köçkün və qaçqınlara yardım etmiş, 1992-ci ildən 2003-cü ilə qədər Pirşağıda yerləşdirilmiş Xocalıdan olan 48 ailəyə maddi və mənəvi dəstək göstərmişdir. Xocalıdan olan şəhid ailələrinə kömək etmiş, hər il faciənin ildönümü münasibətilə onlar üçün tədbirlər təşkil etmişdir.[2][3]
Dünyaxanım Əliyeva haqqında Hidayət Səfərli, İradə Əlili "Mənalı bir ömürün işığında" məqaləsində, Vüsal Zeynalovun "Azərbaycan ziyalıları", Nəzakət Ələkbərqızının "Ziyalılıq zirvəsi", Məleykə Göyçaylının "XX-XXI əsrin yaradıcı və ziyalı insanları", ensiklopedik toplu "Azərbaycan qadınları", "Vektor" Beynəlxalq Elmi Mərkəzinin "Azərbaycanının tanınmış xanımları" yazılarında fikirlər söylənilmişdir. Prof.Musa Quluzadə və sabiq millət vəkili Həvva Məmmədovanın "Dünya yaxşılarındır" kitabında isə Dünyaxanım Əliyevanın xeyirxahlıq və insanpərvərlik işi haqqında məlumat verilmişdir.[4]