. Love.az

Natiq Eliyev Heykeltaras - Wikipedia - Love.az

Ana Səhifə - Natiq Eliyev Heykeltaras
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Natiq Əliyev (dəqiqləşdirmə).

Natiq Kamal oğlu Əliyev (10 avqust 1958, Bakı) — Azərbaycan heykəltaraşı, professor, Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının xalq rəssamı (2005). Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2023-indi)[1].

Natiq Əliyev
Doğum tarixi 10 avqust 1958(1958-08-10) (66 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti heykəltaraş
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
  • Sankt-Peterburq İncəsənət və Sənaye Akademiyası[d]
Janr monumental sənət
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 20052005 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 20022002 "Soltan Məhəmməd" mükafatı — 2000
"Şöhrət" ordeni — 20182018
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Abidələri
  • 4 Memorial növhələr
  • 5 İstinadlar

Həyatı

redaktə

1974–1978-ci illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuş, "Fərqlənmə diplomu" ilə bitirmişdir. 1978–1983-cü illərdə V. Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini də fərqlənmə diplomu ilə başa vurmuşdur. 1980–1983-cü illərdə Lenin təqaüdçüsü olmuşdur.

Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltaraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşımışdır.

Prezident İlham Əliyevin 15 fevral 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Mükafatları

redaktə
  • Respublika Gənclər Mükafatının laureatı — 1989
  • Azərbaycan Rəssamlar İttifaqının "Soltan Məhəmməd" mükafatı — 2000
  • "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 28 dekabr 2005
  • Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə" mükafatı — 2008
  • Avstriyanın I dərəcəli "Cəngavər Ordeni" (Qızıl) — 2015
  • "Şöhrət" ordeni — 9 avqust 2018

Abidələri

redaktə
  • Böyük Vətən müharibəsində həlak olmuş həkim və tələbələrə həsr olunmuş abidə. Leninqrad. (Sankt-Peterburq) (memar RSFSR-nın əməkdar memarı Y. N. Lukin).(1985)
  • Əliağa Vahidin abidəsi (Rahib Həsənovla birlikdə) (Bakı, 1990)
  • Heydər Əliyevin abidəsi (memar Vladimir Skulski. Kiyev, 2004)
  • Rumın bəstəkari Corc Eneskunun abidəsi (Bakı, 2006)
  • Heydər Əliyevin abidəsi (Tiflis, 2007)
  • Norveç səyyahı Tur Heyerdalın abidəsi (Şəki, Kiş kəndi)
  • Bəxtiyar Vahabzadənin abidəsi (Şəki, 2010)
  • Heydər Əliyevin abidəsi (Həştərxan, 2010)
  • Memar Zivərbəy Əhmədbəyovun abidəsi (Bakı, 2011)
  • Motsartın abidəsi (Bakı, 2011)
  • Serb yazıçısı Milorad Paviçin abidəsi(Belqrad, 2011)
  • Heydər Əliyevin abidəsi (Belqrad, 2011)
  • Üzeyir Hacıbəylinin abidəsi (Serbiya. Novi-Sad şəhəri, 2011)
  • Xocalı soyqırımı abidəsi (Sarayevo, 2012)
  • Xocalı soyqırımı abidəsi (Mexiko, 2012)
  • Hüseyn Cavidin abidəsi (Montoneqro. Podqoriça, 2013)
  • Knyaz Vladimirin abidəsi (Həştərxan, 2013)
  • Xocalı soyqırımı abidəsi (Ankara, 2013)
  • Dostluq Abidəsi ("Bakı-Həştərxan", 2013)
  • Xocalı soyqırımı abidəsi (Qızılca-Hamam. Türkiyə, 2014)
  • Amaliya Pənahovanın qəbirüstü abidəsi (2019)[2]
  • Frederik Şopenin büstü (2023)[3]
  • Aşıq Ələskərin heykəli (2024)

Memorial növhələr

redaktə
  • Məmməd Səid Ordubadi (1987)
  • Abdulla Şaiq (1988)
  • Xurşudbanu Natavan (1989)
  • Cəlil Məmmədquluzadə (1992)
  • General-Leytenant Hüseyn Rəsulbəyov (1993)
  • Afiyəddin Cəlilov (1994)
  • Akademik Lətif İmanov (1995)
  • Şövkət Ələkbərova (1996)
  • İlyas Əfəndiyev (1997)
  • Mirvarid Dilbazi (2004)
  • Əli Tudə (2005)
  • Cabir Novruz (2006)
  • Nəsrulla Nəsrullayev (2006)
  • Zeynal Cabbarzadə (2007)

İstinadlar

redaktə
  1. ↑ "N.K.Əliyevin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  2. ↑ Sputnik. "O, digər aktyorlar kimi müxtəlif verilişlərə çıxaraq öz xəstəliyini bəyan eləmirdi" (az.). Sputnik Azərbaycan. 08.11.2019. 2021-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-09.
  3. ↑ Mədəniyyət TV. "Frederik Şopen Musiqi Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb" (az.). Youtube.com. 30.11.2023. İstifadə tarixi: 2023-11-30.
  Vikianbarda Natiq Əliyev ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Natiq_Əliyev_(heykəltaraş)&oldid=7798107"
LOVE.AZ