Naxçıvan Ali Məclisinin IV çağırışı — 2010-cu il noyabrnda baş tutan seçkilər əsasında formalaşdırıldı.
Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının, 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının [a] üzvü, 2-i isə bitərəf idi. [3]
Ali Məclisin 45 deputatından 39-u kişi, 6-sı qadın olmuşdur.[3]
2010-cu ilin dekabrın 3-də Ali Məclisin IV çağırışının birinci sessiyası baş tutdu.[4]
IV çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib.[4]
▬ | ||||||||
▬ | ||||||||
▬ |