Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Nazim Hüseynov (17 iyul 1961, Behrud, Ordubad rayonu) — Hidrometeoroloq. Texnika elmləri doktoru, professor.[mənbə göstərilməlidir]
Nazim Hüseynov | |
---|---|
Nazim Şəkər oğlu Hüseynov | |
Doğum tarixi | (63 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() |
Elm sahəsi | Hidrometeorologiya |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Milli Aviasiya Akademiyası |
Nazim Şəkər oğlu Hüseynov 17 iyul 1961-ci ildə Naxçıvan MR Ordubad rayonunda anadan olmuşdur. O, 1978-ci ildə orta məktəbi bitirərək, Sovetlər Birliyinin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Hidrometeorologiya İnstitutuna daxil olmuş və 1983-cü ildə həmin İnstitutu mühəndis-meteoroloq ixtisası üzrə bitirmişdir. Nazim Hüseynov elmi fəaliyyətə 1985–1989-cu illərdə Moskva şəhərində SSRİ Hidrometeoroloji Elmi-Tədqiqat İnstitutunun aspirantı kimi başlamışdır. Aspiranturanı bitirərkən o, 1989-cu ildə elmi dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, coğrafiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Bundan sonra o, uzun illər hərbi və mülki aviasiya uçuşların meteoroloji təminatı sahəsində çalışaraq istehsalat karyerasında geniş təcrübə qazanmışdır. İstehsalatdan əldə olunuan təcrübədən elmi fəaliyyətində faydalanaraq, aviasiya və sinoptik meteorologiyada tətbiq olunan müasir texnoloji sistemlərə əsaslanan innovativ tədqiqat üsullarını elmi tədqiqatlarında səmərəli istifadə etmişdir. Nazim Hüseynov 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.[1]
Nazim Hüseynovun Atmosfer termodinamikası, Sinoptik meteorologiya, Aviasiya meteorologiyası, İqlimşünaslıq və meteorologiya elminin digər tətbiqi sahələrini əhatə edən tədqiqat işlərinin nəticələri milli və beynəlxalq dərgilərdə çap olunmuş 90-dan çox elmi əsərlərində öz əksini tapmışdır. O, fundamental elmlər üzrə bir sıra Respublika və Beynəlxalq elmi proqram və qrantlar çərçivəsində, o cümlədən, "Azərbaycan Respublikası ərazisində təhlükəli atmosfer hadisələrinin fiziki-statistik təhlili və onların proqnoz metodları", "BMT-nin inkişaf proqramı üzrə Mülkü Aviasiyada emissiyaların inventarlaşdırılması, qiymətləndirilməsi və iqlim dəyişmələrinə təsiri", "Atmosferdə dayanıqsızlıq enerjisi və onun qiymətləndirilməsi" mövzularında elmi-tədqiqat işlərində iştirak etmişdir. Onun elmi tədqiqatlarının nəticələri aşağıdakı elmi konfranslarda məruzə olunmuşdur:
4th European Conference on Severe Storms (ECSS 2007). The Abdus Salam International Center for Theoretical Physics, 10–14 September 2007, Trieste- ITALY; EMS European Conference on Applied Climatology, 29–03.10.2008, Amsterdam, Netherlands; 5th EGU General Assembly, 13 – 18 April 2008, Vienna, Austria; ECSS2013 7th European Conference on Severe Storms 3–7 June 2013, Helsinki, Finland; EMS/ECAM Annual Meeting of European Meteorological Society 2013, London, UK. Nazim Hüseynov 2002-ci ildən Milli Aviasiya Akademiyasında elmi-pedaqoji fəaliyyətə başlamışdır və bu dövrdə onun müəllifliyi və həmmüəllifliyi ilə 16 metodik vəsait və monoqrafiya çapdan buraxılaraq tədrisdə tətbiq olunmuşdur. O, 2013-cü ildən Milli Aviasiya Akademiyasının "Aviasiya meteorologiyası" kafedrsının müdiri vəzifəsinə təyin olunmuşdur.
O, kafedrada gənc elmi tədqiqatçıların, dissertantların yetişməsinə, onların elmi işlərinə bilavasitə rəhbərlik edir.
Nazim Hüseynov bir sıra beynəlxalq elmi cəmiyyətlərin o cümlədən, Amerika Meteoroloji Cəmiyyəti və Rusiya Coğrafiya Cəmiyyətinin həqiqi üzvüdür.
O, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) METG işçi qrupunun aviasiya meteorologiyası üzrə eksperti olmaqla İCAO-nun müşavirələrində müntəzəm iştirak edir. O, 2014-cü ildə Kanadanın Monreal şəhərində keçirilən İCAO və WMO Ümumdünya Meteoroloji təkilatının müştərək konfransında, 2010-cu ildə Ümumdünya Meteoroloji Təşkilatının Honkonq şəhərində keçirilən Aviasiya Meteorologiyası Komissiyasının konfransında iştirak etmişdir. O, Dövlətlərarası Aviasiya Komitəsinin (MAK) Aviasiya Meteorologiyası üzrə Koordinasiya Şurasının həmsədridir.
Azərbaycan Respublikasının Mülki Aviasiyasında uzun illər səriştəli xidmətinə görə Nazim Hüseynov bir çox fəxri fərmanlarla o cümlədən, Azərbaycan Respublikasnın Mülki Aviasiyasının 75 illiyi yubiley medalı ilə təltif olunmuşdur.
Elm və tədrisdə nailliyyətlərinə görə Nazim Hüseynov 2013-cü ildən professor elmi adına layiq görülmüşdür.
Nazim Hüseynov hal-hazırda Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Aviasiya Meteoroloji Mərkəzinin rəisi vəzifəsində çalışır.[1]