. Love.az

Nizami Hemzeyev - Wikipedia - Love.az

Ana Səhifə - Nizami Hemzeyev

Nizami İbrahim oğlu Həmzəyev (12 sentyabr 1943, Naxçıvan – 22 iyul 2021, Naxçıvan) — Azərbaycan teatr aktyoru və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri (1996–2004), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1999).

Nizami Həmzəyev
Doğum tarixi 12 sentyabr 1943
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 22 iyul 2021 (77 yaşında)
Vəfat yeri Naxçıvan, Naxçıvan MR, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası İbrahim Həmzəyev
Anası Zəroş Həmzəyeva
Fəaliyyəti aktyor, dövlət xadimi
Fəaliyyət illəri
  • Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Teatr Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 19991999

Həyatı

redaktə

Nizami Həmzəyev 12 sentyabr 1943-cü ildə Naxçıvanda anadan olub. Valideynləri Zəroş və İbrahim Həmzəyevlərdir. Səhnəyə ilk dəfə 3 yaşında çıxmışdır. 9 yaşından başlayaraq teatrın tamaşalarında sözlü rollar oynayıb. Naxçıvandakı 2 saylı orta məktəbi bitirmişdir. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyor truppasında çalışıb. Şəhər pionerlər evində, Naxçıvan Mədəniyyət sarayında işləyib, Pedoqoji İnstitutda, Culfa Musiqi Məktəbində dərs deyib. Bir müddət Naxçıvan teatrında direktor işləyib. 1996-cı ilin fevralından 2004-cü ilin aprel ayına kimi Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri olub. 9 oktyabr 1999-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif edilmişdir.[1]

İfa etdiyi əsas rollar

redaktə
* "Canlı heykəl", Süleyman Rəşidi — Mahir
  • "Durna", Süleyman Rüstəm, Səid Rüstəmov — Surxay
  • "1905-ci ildə", Cəfər Cabbarlı — Eyvaz
  • "Solğun çiçəklər", Cəfər Cabbarlı — Bəhram
  • "Od gəlini", Cəfər Cabbarlı — Elxan
  • "Sevil", Cəfər Cabbarlı — Gündüz
  • "İldırım", Cabbar Məcnunbəyov — Polad
  • "Vaqif", Səməd Vurğun — Əli bəy
  • "Mehmanxana sahibəsi", Karlo Qoldoni — Fabritsio
  • "Anacan", Yusif Əzimzadə — Kamal
  • "Məşədi İbad", Üzeyir Hacıbəyov — Həsən bəy
  • "Qaynana", Məcid Şamxalov, Zakir Bağırov — Əli
  • "Özümüz bilərik", Şıxəli Qurbanov, Süleyman Ələsgərov — Bəbirli
  • "Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev — Ədalət
  • "Kor padşah", Nazim Hikmət, Vera Tulyakova — kiçik oğul
  • "Adamın adamı", Anar — Əyrizadə
  • "Məhsəti", Kəmalə Ağayeva — Nizami və Sərbaz
  • "Bahar qız", Ramiz Heydər — kor

İstinadlar

redaktə
  1. ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. səh. 66. ISBN 5-86874-179-X.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Nizami_Həmzəyev&oldid=7710739"
LOVE.AZ