Nursu (əvvəlki adı: Nurs) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kənd inzibati ərazi dairəsi tərkibindəki Nurs kəndi Nursu kəndi adlandırılmışdır.[2]
Nursu | |
---|---|
39°24′09″ şm. e. 45°40′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 8 km şm,-ş-də dağətəyi ərazidədir. Əhalsisi 768 nəfər (2000); bağçılıq və heyvandarlıqla məşğuldur. orta məktəb, klub, kitabxana ambulatoriya, rabitə şöbəsi var.
Nursu-Şahbuz rayonunda çay. Naxçıvançayın sol qolu. Mənsəbindən 46 km məsafədə ona tökülür. Uzunluğu 13 km, hövzəsinin sahəsi 52 km² -die. Əsasən qar və qrunt, qismən yağış suları ilə qidalanır.
Əhalisi 849 nəfərdir.[3]
Əlabbas Bağırov, Əbülfəz İbrahimov, Rəhilə Elçin, Sevil İbrahimqızı, Əbülfət Bağırov kimi məşhur qələm ustaları, Qədirulla Bağırov kimi tanınmış rəssam, Qorxmaz İbrahimli kimi siyasi ekspert, ekoloq... bu kəndin yetirmələridir. (Siyahı tam dəqiq olmaya bilər.)