Nursu (əvvəlki adı: Nurs) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Mahmudoba kənd inzibati ərazi dairəsi tərkibindəki Nurs kəndi Nursu kəndi adlandırılmışdır.[2]
Nursu | |
---|---|
39°24′09″ şm. e. 45°40′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 8 km şm,-ş-də dağətəyi ərazidədir. Əhalsisi 768 nəfər (2000); bağçılıq və heyvandarlıqla məşğuldur. orta məktəb, klub, kitabxana ambulatoriya, rabitə şöbəsi var.
Nursu-Şahbuz rayonunda çay. Naxçıvançayın sol qolu. Mənsəbindən 46 km məsafədə ona tökülür. Uzunluğu 13 km, hövzəsinin sahəsi 52 km² -die. Əsasən qar və qrunt, qismən yağış suları ilə qidalanır.
Əhalisi 849 nəfərdir.[3]