. Love.az

On Herf - Wikipedia - Love.az

Ana Səhifə - On Herf
Bu adın digər istifadə formaları üçün bax: On (dəqiqləşdirmə).

𐕒 (səslənməsi /o/, transkripsiyası O, o) — Alban əlifbasının 35-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ուն (Own) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı "On" olmalıdır.[1] Bu hərf ən çox istifadə edilən hərflərdəndir və müstəqil mənası "ot" deməkdir. Qrafem olaraq erməni əlifbasındakı Օ və gürcü əlifbasındakı Ⴍ (oni) və Ⴓ (oni) hərfləri ilə birlikdə yunan əlifbasındakı Omikron (Ο) hərfindən götürülmüşdür. Bununla belə qrafemin Matenadaran versiyası və Sinay versiyası (həmçinin Mingəçevir versiyası) arasındakı əsas fərqi birincidə hərfin aşağı hissəsinin olmamasıdır.

Alban əlifbası

Matenadaran MS 7117 versiyası

Sinay palimpsestləri versiyası
Noto Sans Caucasian Albanian fontunda
Səslənməsi/o/
Rəqəm dəyəri8000
Unicode ünvanıU+10552
Alban əlifbası
𐔰 𐔱 𐔲 𐔳 𐔴 𐔵 𐔶
Alt Bet Gim Dat Eb Zarl Eyn
𐔷 𐔸 𐔹 𐔺 𐔻 𐔼 𐔽
Jil Tas Ça Yud Ja İrb Şa
𐔾 𐔿 𐕀 𐕁 𐕂 𐕃 𐕄
Lan İnya Xeyn Dyan Çar Djox K'ar
𐕅 𐕆 𐕇 𐕈 𐕉 𐕊 𐕋
Lyit Heyt Qay Aor Çoy Çi Çyay
𐕌 𐕍 𐕎 𐕏 𐕐 𐕑 𐕒
Maq Q'ar Nuts Cyay Şak Cayn On
𐕓 𐕔 𐕕 𐕖 𐕗 𐕘 𐕙
Tyay Fam Cay Çat Pen Ğeys Rat
𐕚 𐕛 𐕜 𐕝 𐕞 𐕟 𐕠
Seyk Veyz Tüyr Şoy Ün Çyau Tsayn
    𐕡 𐕢 𐕣    
    Yayd Püyr Küy    
Birinci və ikinci sətirlərinin son hərfi 𐕒 olan şamdan

Nümunələr:

Alban yazısı Transkripsiyası Tərcüməsi Udi dilində
𐕒 o ot o
𐕜𐕒𐔾 ṭol dəri t'ol
𐕖𐕒𐔱𐔰𐔾 čobal sərçə çobal[2]

İstinadlar

redaktə
 
Bu məqalə özündə Qafqaz albancasında mətn ehtiva edir. Texniki dəstək olmasa qutular, sual işarələri və ya başqa işarələr görə bilərsiz.
  1. ↑ J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-4–8
  2. ↑ Mobili R. Udı́-Azərbaycanı́n-Urusı́n Əyı́tluğ Arxivləşdirilib 2023-07-10 at the Wayback Machine (Udicə-azərbaycanca-rusca lüğət), ISBN 978-9952-8024-6-7, Bakı, 2010, səh. 84
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=On_(hərf)&oldid=7152047"
LOVE.AZ