. Love.az

Robert Mobili - Wikipedia - Love.az

Ana Səhifə - Robert Mobili

Robert Baqratoviç Mobili (20 avqust 1954, Nic, Qutqaşen rayonu) — Alban-udi xristian icması sədri, geoloq.

Robert Mobili
Robert Baqratoviç Mobili
Doğum tarixi 20 avqust 1954 (70 yaş)
Doğum yeri Nic, Qəbələ rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Udi
Təhsili Azərbaycan Dövlət Universiteti, 1980 məzunu
Fəaliyyəti geoloq
Mükafatları "Şöhrət" ordeni
Udi.az

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Mənbə
  • 4 İstinadlar

Həyatı

redaktə

Robert Mobili 20 avqust 1954-cü ildə Qəbələ rayonunun Nic kəndində anadan olub. 1971-ci ildə Nic kənd orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin 1980-ci ilin məzunu. Milliyyətcə Udindir. 1973-1989-ci illərdə METDKİ (Mərkəzi Elmi-Tədqiqat Dağ Kəşfiyyat İnstitutu) Cənub Filialında işləyib, Naxçıvanın sərbəst misin və polimetal yataqlarının geoloji qiymətləndirilməsi, Kiçik Qafqazda, Türkmənistanda və Tacikistanda səpinti qızılın axtarışı və qiymətləndirilməsi üzrə elmi işi aparmışdır. 1989-ci ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Səpinti qızılın proqnozu, axtarışı və qiymətləndirilməsi" ETL-da elmi işçi vəzifəsində çalışır. Müxtəlif illərdə Kiçik Qafqazın və Kür depressiyanın molaslarda, Abşeronun neft-qaz yataqlarında səpinti qızılın qanunauyğunlar üzrə elmi araşdırmalar aparıb.

Bakı, Moskva, Leninqrad, Bişkek, Aşqabad, Sankt Peterburq, Dallas, Qüds və Oslo şəhərlərində keçirilən beynalxalq seminarlarda və konfranslarda məruzə ilə iştirak etmişdir. 4-18 avqust 2008-çi ildə Osloda keçirilən XXXIII Beynəlxalq Geoloji Konqresidə məruzə ilə çıxış etmişdir. 50-dən çox elmi əsərlərin müəllifidir.

Azərbaycanda Alban Həvari Kilsəsinin bərpasında (Kiş-2003; Nic-2006), elmi araşdırılmasında aktiv öndərlərdən biridir. Texas ştatının Dallas şəhərinin fəxri vətəndaşıdır. Udin dili, Azərbaycan dili və Rus dilini sərbəst, İngilis dilini zəif bilir.

Mükafatları

redaktə

27 avqust 2014-cü ildə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Robert Baqratoviç Mobili "Şöhrət" ordeni ilə təltif edilmişdir.[1]

Mənbə

redaktə
  • Robert Mobili, Bakı Dövlət Universiteti

İstinadlar

redaktə
  1. ↑ "R.B. Mobilinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 27 avqust 2014, 18:10. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Robert_Mobili&oldid=8075422"
LOVE.AZ