Osvaldo Moles (port. Osvaldo Moles) — braziliyalı jurnalist, publisist, radiojurnalist. O, həmçinin bir çox məşhur Braziliya mahnılarının sözlərini yazıb.[4]
Osvaldo Moles | |
---|---|
![]() | |
Təxəllüsü | Milionário criador de programas |
Doğum tarixi | 14 mart 1913(1913-03-14)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 14 may 1967(1967-05-14)[2] (54 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | jurnalist, radioaparıcı[d], söz yazıçısı[d] |
![]() |
Osvaldo Moles 14 mart 1913-cü ildə Braziliyanın Santos şəhərində anadan olmuşdur. Onun əcdadları italyan mühacirləri idi.[5][6]
1937-ci ildə San-Pauluda "Radio Tupi"nin yaradılmasında iştirak etmiş və 1941-ci ildə Adoniran Barbosa ilə tanış olmuşdur. Onlar birlikdə bir çox mahnı mətnləri yazıblar. Nümunə kimi "Tiro ao Alvaro" və "Joga a chave" mahnılarını göstərmək olar.[7]
Osvaldo Moles 14 may 1967-ci ildə San-Paulu şəhərində intihar edib.[8] O zaman mətbuat bu fakt barədə susmuşdur.