Pəri Miniatür (tam adı: Pərinisə Fazil qızı Əsgərova; d. 16 oktyabr 1976, Naxçıvan rayonu) — , Azərbaycan miniatürcü[2] rəssamı, 1000-dən çox əsərin müəllifi[3], Azərbaycan Rəssamlar İttifaqının üzvü.
Pəri Miniatür | |
---|---|
Pərinisə Əsgərova | |
![]() | |
Doğum tarixi | 16 oktyabr 1976(1976-10-16) (48 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | rəssam, pedaqoq |
Təhsili | |
Janr | miniatür |
Təsirlənib |
Səttar Bəhlulzadə Faiq Əkbərov[1] |
Üzvlüyü |
Pəri Miniatür 1976-cı il oktyabrın 16-da Naxçıvan MR-nın Babək rayonunda anadan olub. 1983-cü ildə Babək rayonu Təzəkənd orta məktəbində ibtidai təhsilini alan rəssam 1993-cü ildə orta təhsilini başa vurmuşdur. 1981–1991-ci illərdə rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisasların açıldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 1993–1997-ci illərdə ali təhsilini almışdır.
Pəri Miniatür 2013-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
2020-ci ildə Azərbaycan, Türkiyə, İran və Özbəkistanın ortaq qeyri-maddi mədəni irsi olaraq UNESCO-da qeydiyyata alınmış miniatür sənətinin layiqli davamçılarından biri də Pəri Miniatürdür.[4] Universitet illərində müəlliminin köməyi ilə miniatür xalça sisteminin incəliklərini öyrənən rəssam miniatür sənətini seçib.[5]
Pəri Miniatürün müxtəlif illərdə Azərbaycanda, həmçinin bir çox ölkələrdə bir sıra beynəlxalq sərgiləri keçirilmiş və o, keçirilən bir çox beynəlxalq sərgilərin də iştirakçısı olmuşdur:[6]
2021-ci ildə Fransada çap edilən "Ghazals suivis de aphorismes" adlı kitabın illüstratoru olmuş Pəri Miniatür Beynəlxalq forum döş nişanı ilə də təltif edilmişdir.
Pəri Miniatürün sonuncu keçirilən "Rəngin eşqi" adlı fərdi sərgisi Rəssamlar İttifaqında Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı baş tutmuşdur. Sərgidə rəssamın 130-dan çox əsəri nümayiş olunub.[9]
Pəri xanım 30-a yaxın kitabın illüstratorudur.
Vikianbarda Pəri Miniatür ilə əlaqəli mediafayllar var. |