Palmitin turşusu (heksadekan turşusu) CH3(CH2)14COOH — təbiətdə ən çox yayılmış birəsaslı karbon turşusudur (yağ turşusu). Palmitin turşunun duzlarına və efirlərinə palmitatlar deyilir.
Palmitin turşusu | |
---|---|
![]() | |
![]() | |
Ümumi | |
Ənənəvi adı | Palmitin turşusu |
Kimyəvi formulu | C₁₆H₃₂O₂[1] |
Molyar kütlə | 256,43 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 0,8414 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 62,9 °S |
Qaynama nöqtəsi | 351—352 , 105 (0,01 мм рт. ст.) ,167 (1 mm.c.st..) °S |
Alışma temperaturu | 192 °S |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,43345[2] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 57-10-3 |
PubChem | 985, 135369651 |
ChEBI | 15756 |
ChemSpider | 960 |
Palmitin turşusu, əksər heyvan və bitki yağlarının qliseridlərinin tərkibinə daxildir, məsələn: pequi toxumu yağı (48.4%), palma yağı (40-50%), süd yağı (22-39%), pequi meyvə pulpa yağı ( 41,2%), qara qəhvə yağı (34,5%), donuz yağı - 30%, baobab yağı (25,4%), ərik ləpəsi yağı (3-7%). Heyvan orqanizmlərində palmitin turşusu asetil-CoA-dan alınan yağ turşularının sintezinin son məhsuludur.
Palmitin turşusu alına bilər:
С16H33ОH + О2 = C15H31COOH + H2О
СН3(СН2)7СН=СН(СН2)7СООН + Н2О + О = C15H31COOH + СН3COOH (sirkə turşusu)
CH3(CH2)15-CO-CH3 + 3О = C15H31COOH + СН3COOH (sirkə turşusu)
C15H31J + KCN = KJ + C15H31-CN; C15H31-CN + 2Н2О = C15H31COOH + NН3
Palmitin turşusu stearin (stearin turşusu ilə qarışıq), yuyucu vasitələr və kosmetika, sürtkü yağları və plastifikatorların istehsalında istifadə olunur.