Qızılbaş (türkcə kızılbaş; fars. قزلباش Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan,[1][2] Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (Azərbaycan türkü) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar.[3][4]
Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar.[5]
Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi[6]
Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi.
Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı, Xırmandalı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.[7]
Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən bəziləri:
Özbək və türkmənlərdən sonra Əfqanıstanda üçüncü ən böyük türk qrupu qızılbaşlardır.[8] 4 yanvar 2004-cü ildə qəbul edilmiş konstitusiyanın I bölmə, IV maddəsinə əsasən qızılbaşlar etnik qrup kimi Əfqanıstan dövləti tərəfindən tanınır.[9] XVIII əsrdə Nadir şah Əfşar tərəfindən Əfqanıstana köçürülüblər.[10][11] On iki imam şiəsi olan qızılbaşların hamısı ikidillidir.[12] Bu ölkədəki qızılbaşlar əfşar, bayat, şahsevən, ənsarlı[q 1], şahağası, şamlı və cavanşir tayfalarından ibarətdir, əsas dil kimi əksəriyyəti dəri dilində, əfşar tayfasından olanların bir hissəsi isə Azərbaycan dilinə yaxın dialektdə danışır.[13] Əsas dil olaraq dəricə danışanların ikinci dili şimali Azərbaycanda danışılan dialektlərdir.[14] Kompakt halda Kabil, Herat, Lögər və Qəndahar şəhərlərində, həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar.[q 2]
Əfqanıstanda yaşayan etnik qrupların sayı haqqında məlumat siyahıyaalınma keçirilmədiyi üçün təxminlərə əsaslanır. 1996-cı ilə olan təxminə əsasən qızılbaşlar Əfqanıstan əhalisinin təxminən 1,00%–ni təşkil edirlər.[15] Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart[q 3] 2015-ci ilə olan məlumatına əsasən ölkənin oturaq əhalisinin sayı 27.101.365 nəfərdir.[16] Oturaq əhalidən əlavə ölkədə təxminən 1.5 milyon nəfər[q 4] köçəri (fars. کوچیهای افغانستان) yaşayır və beləliklə ölkənin faktiki əhalisi qeyd edilən tarixə təxminən 28.6 milyon nəfərdən çoxdur.[q 5]
Beləliklə, 2015-ci ildə Əfqanıstanda qızılbaşların sayının 286 min nəfərdən çox olduğunu təxmin etmək mümkündür.[q 6]
Anadoluda Qırşexir, Ankara, Sivas, Malatya, Diyarbəkir, Ərzurum, Çorum, Kars, Antalya, İzmir, Manisa, Kütaxya, Balıqəsirdə Qızılbaş kəndləri vardır. Ümumiyyətlə isə, Qızılbaşlara Türkiyənin hər bir yerində rast gəlmək mümkündür. Orta Anadolu Qızılbaşları Hacı Bəktaşi Vəli-Çələbi ocağına, Qızılbaşların bir qolu olan Taxtacılar İzmirin Narlıdərə kəndindəki Yanın Yatır ocağına, Aydında olan Qızılbaşlar isə Hacı Əmir ocağına bağlıdırlar. Qızılbaşların böyük bir piri də Ankaranın Həsən dədə kəndindəki eyni adlı bir pirdir. Taxtacılar Qızılbaşların qolu olub Yörük türkmənləridir. Bunlar köçəri həyat tərzi keçirirlər. Meşə təsərrüfatı ilə məşğul olduqlarından taxtacı adlandırılırlar.
Anadolu Qızılbaşları demokrat ruhlu və yüksək əxlaqlı insanlardır. Əski türkcə danışırlar, savadlıdırlar, cahil və qaba deyildirlər. Bir çox mahnılar, şeirlər və əfsanələr bilirlər.
Müasir bəzi Alevi və Bəxtaşi icmaları, xüsusilə Cənub-Şərqi Anadoluda yerləşənlər, hələ də Qızılbaş irsinə bağlı mədəni və dil xüsusiyyətlərini qorumaqdadır. “Qızılbaş” termini – mənası “qırmızı baş” olub Şah İsmayılın tərəfdarlarının geyindiyi qırmızı taclara istinad edir – tarixən Səfəvi dövlətini qurmaq üçün savaşan şiə türkmən tayfalarına verilmişdi.
Osmanlı dövründə bu termin tez-tez mənfi məna kəsb edərək, sünni məzhəbinə uyğun olmayan, “sapqın” sayılan icmalar üçün istifadə olunurdu. Lakin, bu damğaya baxmayaraq, bir çox Alevi icması bu kimliyi qürurla daşıyırdı. Xüsusilə dağlıq bölgələrdə – sosial və dini təcridin qorunduğu yerlərdə – bu kimlik daha da möhkəmləndi.[4]
Osmanlı dövründə Diyarbəkir Vilayəti (bugünkü Diyarbakır, Mardin, Elazığ və bəzən Urfa əraziləri) Qızılbaş tayfalarının yerləşdiyi əsas bölgələrdən biri idi. Bu türkmən tayfalar — xüsusilə Qaraqoyunlu və Ağqoyunlu konfederasiyalarına bağlı olanlar — Səfəvi ideallarını mənimsəmiş və bu hərəkatın ilk tərəfdarlarından olmuşdular.
1514-cü ildəki Çaldıran döyüşündən sonra, bu tayfalar Osmanlılar tərəfindən təqibə məruz qaldı, bəziləri zorla köçürüldü və ya məhv edildi. Bölgədə qalanlar dağlıq ərazilərdə – məsələn, Diyarbəkir, Mardin, Siverek, Tunceli və Elazığda – izolyasiya şəraitində yaşamağa məcbur oldular. Nəticədə, burada unikal bir heterodoks şiə inancı – səfəvilik, Bəxtaşi sufilik və önislam türk inanc sistemlərinin sintezi – formalaşdı.[4]
Bu Qızılbaş-Alevi icmalarının danışdığı dil azeroid və ya agəmi Türk ləhcəsi adlandırıla bilər. Bu ləhcə klassik Anadolu türkcəsindən fərqli olub, Azərbaycan türkcəsinə, İraq türkməncəsinə və İranın şimal-qərbindəki türk ləhcələrinə bənzəyirdi. Oğuz ləhcəsinin şərq qoluna aid olan bu danışıq forması, həm fonetik, həm də leksik baxımdan fərqli idi.
Bugün bir çox kənd və ailələrdə bu dialektin yerini Türkiyə türkcəsi alsa da, Diyarbakır, Mardin, Siverek və Elazığ bölgələrində bəzi Alevi kəndlərində bu dil yaddaşlarda və yaşlı nəsil arasında hələ də yaşamaqdadır. Bu dil vasitəsilə ötürülən poetik və musiqi irsi, Pir Sultan Abdal, Şah Hatayi (Şah İsmayıl), Kul Himmet kimi böyük ozanlar vasitəsilə nəsildən-nəslə keçmişdir.[q 3]
Zamanla – xüsusilə 19 və 20-ci əsrdə – Alevi-Qızılbaş icmalarının bir qismi assimilyasiyaya məruz qaldı. Siyasi təzyiqlər, iqtisadi məhdudiyyətlər və dini diskriminasiya səbəbilə bir çox ailə köç etməyə məcbur oldu. Kimiləri şimala (Erzincan, Erzurum və ya Sivasdakı Alevi icmalarına), kimiləri isə şəhərlərə köç etdilər. Qalanlar isə sünni kürd və ya türk çoxluğuna uyğunlaşaraq dil və mədəniyyət baxımından assimilyasiya oldular. Bununla belə, bu unikal kimlik bəzi ailələr və kəndlər vasitəsilə bu günə qədər qorunub saxlanılır.[4]
XV əsrin ilk yarısına aid "Əqaid-i Övliya-i Səba" əsəri Azərbaycan dilində yazılmışdır. Bu əsər ələvi-qızılbaş inancının keçmişi və ideologiyası haqqında əsas nəzəri əsərlərdən biri sayılır.[17]
The nation of Afghanistan consists of all individuals who are the citizen of Afghanistan.
The nation of Afghanistan is comprised of the following ethnic groups: Pashtun, Tajik, Hazara, Uzbak, Turkman, Baluch, Pashai, Nuristani, Aymaq, Arab, Qirghiz, Qizilbash, Gujur, Brahwui and others.
The word Afghan applies to every citizen of Afghanistan.
No member of the nation can be deprived of his citizenship of Afghanistan. Affairs related to the citizenship and asylum are regulated by law.