. Love.az

Varsaq Eli - Wikipedia - Love.az

Ana Səhifə - Varsaq Eli

Varsaq eli — Azərbaycan xalqının etnogenezində iştirak etmiş qurum.


Mündəricat

  • 1 Elin tarixi
  • 2 Elin tanınmış nümayəndələri
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Elin tarixi

redaktə

Varsaq eli I Şah İsmayıl Səfəvinin hakimiyyətinin ilk illərində Qaraman bəyliyindən qopub ona birləşdi. Bu el çox zaman Rumlu eli ilə birlikdə köç-düş edirdi. Qızılbaşların tərkibində olarkən bu eldən birinci dərəcəli əmirlər çıxmayıb.


Elin tanınmış nümayəndələri

redaktə
  • Yusif bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı, Çaldıran savaşında çərxçi idi.
  • Musa bəy Varsaq-I Şah İsmayılın hakimiyyəti illərində dəstə başçısı
  • Həsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi, I Şah İsmayılın hakimiyyəti illərində Xorasan əyalətinin Xaf vilayətinin hakimi
  • Durhəsən xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi
  • Qasım xəlifə Varsaq-Səfəviyyə ordeninin xəlifəsi
  • Məhəmməd bəy Varsaq-Kamax qalasının komendantı


Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Varsaq eli, "Soy" dərgisi, 2 (34), 2010.


Həmçinin bax

redaktə
  • Qızılbaşlar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Varsaq_eli&oldid=7474580"
LOVE.AZ