. Love.az

Qesem Necefzade - Wikipedia - Love.az

Ana Səhifə - Qesem Necefzade

Qəşəm Nəcəfzadə (tam adı: Qəşəm Mirzə oğlu Nəcəfov; 1 aprel 1959, Əliqullar, İmişli rayonu) — Azərbaycan şairi, yazıçısı və jurnalisti.

Qəşəm Nəcəfzadə
Nəcəfzadə 2016-cı ildə
Nəcəfzadə 2016-cı ildə
Təxəllüsü Nəcəfzadə
Doğum tarixi 1 aprel 1959(1959-04-01) (66 yaş)
Doğum yeri
  • Əliqullar, İmişli rayonu, Azərbaycan SSR, SSRİ
Uşağı Kəramət Böyükçöl daxil olmaqla 3
Təhsili
  • Gəncə Dövlət Universiteti
Fəaliyyəti yazıçı, şair, söz yazıçısı[d]
Əsərlərinin dili Azərbaycan dili
Janr şeir
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Mükafatları
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
qeshemnecefzade.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, 2018-ci ildə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" adına layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, "Uşaq ədəbiyyatı" şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri, Azərbaycan Respublikası Audiovizual Şurasında ekspert, Azərbaycan Dövlət televiziyasında redaktor və aparıcı və Azərbaycan Teleradio Akademiyasında müəllimdir.

O, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə", "Milli kitab", Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq " Rəsul Rza", "Tofiq Mahmud" mükafatları laureatıdır. O, 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq Poeziya Festivalında iştirak edib.

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
  • 2 Mükafatları
  • 3 Yaradıcılığı
  • 4 Əsərləri
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı və fəaliyyəti

redaktə

Qəşəm Nəcəfzadə 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Uzun illər öz kəndlərində, İmişli rayonunda, Bakıda orta məktəblərdə müəllim, Təfəkkür və Slavyan unversitetlərində baş müəllim işləyib. Şair dövri mətbuatda şeirlərlə yanaşı, hekayələri, esseləri, elmi- tənqidi məqalələri və publisistik yazıları ilə müntəzəm çıxış edir. Son 3 ildə şairin dövrü mətbuatda, internet saylarında 300 — dən çox koşə yazısı dərc edilib. 2007-ci ildə Avropada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalının iştirakçısı olub.

2023-cü ildə birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən ona ev verilib.[1] Eyni ildə onun Heydər Əliyevə həsr etdiyi "İki iyirmi üç arasında" pyesi Lənkəran Dövlət Dram Teatrında səhnələşdirilib.[2]

Mükafatları

redaktə
  • 2007-ci ildə şeirləri beynəlxalq "Rəsul Rza" mükafatına layiq görülüb.
  • Şair uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin "Tofiq Mahmud adına mükafat"ına layiq görülüb.
  • 2016-cı ildə Milli kitab mükafatına layiq görülüb.
  • 2017-ci ildə Qızıl kəlmə mükafatına layiq görülüb.
  • 27 may 2018-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.[3]
  • 2022-ci ildə Turan Birliyi Ordeni ilə təltif edilib.

Yaradıcılığı

redaktə

Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında müntəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib.[4]

Şairin indiyə kimi 40 şeir, 1 hekayə və 2 elmi-publisistik kitabı işıq üzü görüb. Şairin Hollandiyada ingilis və holland, Tehranda fars və Azərbaycan (ərəb qrafikası ilə), Türkiyədə türk və Kolumbiyada ispan və başqa ölkələrdə 18 kitabı müxtəlif dillərdə nəşr olunub.[mənbə göstərilməlidir]

Tənqidçilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son illər yaradıcılığında epik, modern və metofizik şeirlər də üstünlük təşkil edir.[5]

Əsərləri

redaktə
  1. "Sevginin sonunu deməyin mənə" Bakı, Yazıçı-1990
  2. "Yatmış dəniz şəkli" Bakı, Gənclik-1991
  3. "Bir gəlin dalğa ilə yan-yana"Bakı, Göytürk-1994
  4. "Gülümsəyən ağac" Bakı, Göytürk-1995
  5. "Şeirimin bəxti" Bakı, Göytürk-1995
  6. "Sevmək istəyirəm təzədən" Bakı, Göytürk-1996
  7. "Sarı sim" Bakı, Göytürk-1997
  8. "Sən yadıma düşəndə" Bakı, Qanun-1997
  9. "Özümə doğru" Bakı, Azərnəşr-1998
  10. "Ömür kitabıma düzəliş" Bakı, Azərnəşr- 2001
  11. "Və sairə" Bakı, Nurlar-2004
  12. "The Evening Stories"(Axşam hekayələri) ingilis dilində. Bakı, Şəms-2007
  13. "Prebraşenie" (Çevrilmə) Rus dilində. Bakı, Araz-2007
  14. "EENWORDING" (Birləşmə) Holland dilində. Hollandiya-2007
  15. "SKETCHES OF PRISON" (Həbsxana etüdləri) İngilis dilində. Hollandiya-2007
  16. "Qadının ölümü" Bakı, Vektor-2008
  17. "Savaş, ayakkabı, ölüm" Ankara. Bengü-2008
  18. Ölülər bizə gülür" Tehran-2008
  19. "Oğlum qapını aç, qapıda bir külək ölür" Şirvannəşr- 2009
  20. "Barmaqların öpüşü" fars dilində Tehran-2009
  21. "Şeirin içindəki adam" esselər, məqalələr, Bakı, yazıçı- 2010
  22. "Adı Qəşəm" Veqktor — 2014.
  23. "Vecernie luyidi" Moskva – 2014
  24. "Bir dəli şeytan deyir"- Tehran 2015
  25. "Çiçəkli xalça" şeirlər şeirlər Teas Press 2018
  26. "Barış" şeirlər Bakı "Elm və Təhsil" 2019
  27. "O qara əyri bulud" hekayələr "Elm və Təhsil" 2019
  28. "Suyu seyr edən ağacın yuxusu" esselər "Elm və Təhsil" 2019
  29. "Səhərlərin bir səhəri" şeirlər Gürcü dilində Tbilisi 2019
  30. Əllərimin uçuşu" şeirlər rus dilində Moskva 2019
  31. "Mənə bir məktub yaz" şeirlər ingilis dilində Moskva 2019
  32. "Bir çiçək oğlanın səsi" şeirlər Fransız dilində Moskva 2019
  33. "Mənim çiçəyim öldü" şeirlər İspan dilində Moskva 2019
  34. "Ayaqqabılar ən kədərli şəkildir" şeirlər holland dilində Moskva 2019
  35. " Gəncə soneti" 2023
  36. "Ölüm o dünyada qaldı" 2021
  37. "Şuşa qalxıb ayağa" 2023
  38. "Yerdən aşağı göydən yuxarı"…2021
  39. "Və ya" şeirlər −2023
  40. "Gün əyiləndə" şeirlər −2023

İstinadlar

redaktə
  1. ↑ Kəramət atasına ev verilməsindən danışdı
  2. ↑ “İki iyirmi üç arasında” tamaşası nümayiş olundu
  3. ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  4. ↑ "Qəşəm Nəcəfzadə". azerbaijans.com (az.). Azerbaijans.com. 2011. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
  5. ↑ "Dörd şairin Qəşəm Nəcəfzadə haqqında düşündükləri" (az.). 525-ci qəzet. 30 yanvar 2010. İstifadə tarixi: 22 aprel 2016.

Xarici keçidlər

redaktə
  Vikianbarda Qəşəm Nəcəfzadə ilə əlaqəli mediafayllar var.
  • "Qəşəm Nəcəfzadə. Şeirlər, Poemalar, Hekayələr". azadliq.org (az.). Azadlıq Radiosu. 05.03.2011. İstifadə tarixi: 22 aprel 2016.
  • "Qəşəm Nəcəfzadə: Yazarın məqalələri". lent.az (az.). lent.az. 2016. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qəşəm_Nəcəfzadə&oldid=8129725"
LOVE.AZ