. Love.az

Qabil Quliyev - Wikipedia - Love.az

Ana Səhifə - Qabil Quliyev

Qabil Əzizulla oğlu Quliyev (d. 19 aprel 1949) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən).

Qabil Quliyev
Qabil Əzizulla oğlu Quliyev
Digər adı Qabil Quliyev
Doğum tarixi 19 aprel 1949 (76 yaş)
Doğum yeri Tahirli, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1973–indiyədək
Təhsili M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20002000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1979

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Adlar və mükafatlar
  • 4 Teatr səhnəsindəki rolları
  • 5 Filmoqrafiya
  • 6 İstinadlar

Həyatı

redaktə

Qabil Mehdixanlı 19 aprel 1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub.[1] O, ilk təhsilini 8 illik kənd məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində almışdır.[1] 1966-cı ildə orta məktəbin 10-cu sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxumuş və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək 1968-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsinin əyani şöbəsinə daxil olmuşdur.[2] Azərbaycanın xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil almışdır.[3] Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışmışdır.[3] 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanır və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edir.[3] O burada kütləvi səhnələrin çəkilişlərində iştirak edir, kaskadyorluq sənətinin sirlərinə yiyələnir.[3] Bir ildən sonra hərbi xidmətini başa vurub vətənə dönür və taleyini Lənkəran Dövlət Dram Teatrına bağlayır.[2]

Ailəlidir, iki qız övladı var.[1] Xalq artisti Nurəddin Mehdixanlının böyük qardaşıdır.

Fəaliyyəti

redaktə

1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışır.[2] 100-dən artıq tamaşada rol alıb. Bir neçə bədii filmə çəkilib. Lənkəran Dövlət Universitetində 12 il etika, estetika və kulturologiyadan dərs deyib.

Adlar və mükafatlar

redaktə
  • Azərbaycan əməkdar artisti (1979)[2]
  • Azərbaycan xalq artisti (2000)[2]
  • Prezident Mükafatları (9 may 2012; 30 aprel 2014[4]; 6 may 2015[5]; 6 may 2016[6]; 1 may 2017[7]; 9 may 2018[8]; 10 may 2019[9])
  • Azərbaycan Teatr Xadimləri İttifaqının "Şərəf" mükafatı (2009)[3]
  • 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[10]

Teatr səhnəsindəki rolları

redaktə
  1. M. Musiyenko. "Nəsillər eşidin" – Kapitan Kartaşov (1974)[2]
  2. Nəbi Xəzri. "Sən yanmasan" — Yanar (1974)
  3. Nazim Hikmət. "Bayramın birinci günü" – Firuz (1974)
  4. Cəfər Cabbarlı. "Oqtay Eloğlu" – Oqtay (1975)
  5. Uilyam Şekspir. "Qış nağılı" – Poliksen (1976)
  6. Səməd Vurğun. "Vaqif" — Qacar (1976)
  7. Rüstəm İbrahimbəyov. "Yaşıl qapı arxasında qadın" – Saleh (1976)
  8. M. Hüseyn. "Alov" – Kamalov (1978)
  9. N. Miroşniçenko. "Üçüncü nəsil" – Valter (1978)
  10. İ. Hüseynov. "Bir kişi vardı" – Mursaqulu (1979)
  11. İlyas Əfəndiyev. "Atayevlər ailəsi" – Şahsuvarov (1980)
  12. Anar. "Şəhərin yay günləri" – Şamxal (1980)
  13. Cəlil Məmmədquluzadə. "Ölülər" – İsgəndər (1983)
  14. V. Vişnevski. "Nikbin faciə" – Kapitan (1983)
  15. Səməd Vurğun. "Fərhad və Şirin" – Xosrov (1984)
  16. Üzeyir Hacıbəyov. "Olanlardan-keçənlərdən" – Mirzə (1985)
  17. V. Hüseynov. "Yuxuda zarafat" – Lətif Lələyeviç (1985)
  18. Fridrix Şiller. "Qaçaqlar" – Fon Moor (1985)
  19. Bəxtiyar Vahabzadə. "Yağışdan sonra" – Aslan (1989)
  20. Nikolay Qoqol. "Müfəttiş" – Zemlyanika (1989)
  21. Ş. Qurbanov. "Sənsiz" – Fərhad (1989)
  22. S. Stratiyev. "Avtobus" – Ağıllı (1990)
  23. Nazim Hikmət. "Demoklisin qılıncı" – AB (1992)
  24. Y. Edlis. "Kölgələrin oyunu" – Antonio (1995)
  25. B. Nuşiç. "Nazirin xanımı" – Ninkoviç (2003)
  26. Sofokl. "Şah Edip" – Edip (2007)
  27. Q. Fiqeyredo. "Ezop" – Ksanf (2008)
  28. M. Xubai. "Neron" – Pavel (2009)

Filmoqrafiya

redaktə
  1. Gürzə (film, 2008) (bədii serial) (rol: hakim)
  2. 2 (film, 2009) (qısametrajlı bədii film) (rol: ata)
  3. Cavad xan (film, 2009) (tammetrajlı bədii film) (rol: gürcü Aleksandr)
  4. Köhnə dəyirman (film, 2009) (bədii serial) (rol: Çingiz xan)
  5. Təlatüm II (film, 2011)
  6. Yol (film, 2011) (qısametrajlı bədii film) (rol: professor)
  7. Qız yükü (film, 2013–2014) (bədii serial) (rol: Kamil)
  8. Sevginin göz yaşları (teleserial, 2013) (bədii serial) (rol: Bahadur)

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Ramilə Qurbanlı. "Qabil Quliyev: "Hərbi xidmətimi kinoya çəkilməklə keçirdim"" (az.). Lent.az. 18 iyul 2014. İstifadə tarixi: 2017-08-24.[ölü keçid]
  2. ↑ 1 2 3 4 5 6 Təranə Vahid. ""Səhnə aynadır, tamaşaçı orada özünü görməlidir"". Mədəniyyət (az.). [anl.az ANL]. 10 avqust 2011. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  3. ↑ 1 2 3 4 5 "Qabil Quliyev" (az.). Lənkəran Dövlət Dram Teatrı. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-24.
  4. ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  5. ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  6. ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  7. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  8. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  9. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  10. ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2020-05-07. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qabil_Quliyev&oldid=7313651"
LOVE.AZ