Qisas almadan ölmə. Keçmişdən məktublar — 2014-cü ildə çəkilmiş rejissor Oqtay Mirqasımovun filmi.[1]
Qisas almadan ölmə. Keçmişdən məktublar | |
---|---|
![]() | |
Rejissor | Oqtay Mirqasımov |
Ssenari müəllifi | Oqtay Mirqasımov |
Baş rolda | Ramiz Əzizbəyli |
Bəstəkar | Elmar Fel |
İlk baxış tarixi | 2014, 2015 |
Ölkə |
![]() |
İl | 2014-cü il |
IMDb | ID2319817, ID21835802 |
XIX əsrin əvvəllərində Qafqazda məskunlaşan və Böyük Vətən müharibəsi illərində Stalinin əmri ilə Azərbaycandan deportasiya edilən alman kolonistlərin taleyinə həsr olunub.[2] Deportasiya olunanların acı taleyi filmdə qürbətdə qocalan, amma doğma Azərbaycana qayıtmaq arzusunda olan Günterin faciəli taleyi nümunəsində göstərilib.[3]
Filmdə bütün dinlərin vəhdəti tərənnüm olunur.[4] Filmin əsas süjet xəttini əsl tolerantlıq, dinindən, milliyyətindən və əqidəsindən asılı olmayaraq insanlara qayğı, düşmənçiliyə qarşı mübarizədə məhəbbət təşkil edir.[4]
Filmin bəstəkarı Elmar Feldir.[3]
2015-ci ildə Tbilisidə keçirilən Müqəddəs Andrey onuncu beynəlxalq kinofestivalının baş mükafatına layiq görülmüşdür.[4]
“Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi” nominasiyasında Beynəlxalq Kazan Kinofestivalının baş mükafatına layiq görülüb.[3][5]
2015-ci ildə İsraildə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyəti Mərkəzində “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin premyerası olub.[3][6][7]
Rollarda: