Oqtay Mirəsədulla oğlu Mirqasımov (12 iyun 1943, Bakı) — Azərbaycan kinorejissoru,[1] ssenarist, Azərbaycan Respublikasının xalq artisti (2000),[2] "Şərəf" ordenli (2018).[3] "İstiqlal" ordenli (2023).
Oqtay Mirqasımov | |
---|---|
![]() | |
Doğum tarixi | (81 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Nailə Mirqasımova |
Uşağı | Ayan Mirqasımova |
Atası | Mirəsədulla Mirqasımov |
Fəaliyyəti |
rejissor ssenarist prodüser |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
IMDb | ID0591926 |
![]() |
Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır.[4] Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[5] 7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.[3] 2 avqust 2018-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.[6]
12 iyun 2023-cü ildə "İstiqlal" ordeni ilə təltif edilib.[7]