Qubaxəlilli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Qubaxəlilli kənd inzibati ərazi dairəsində kənd.[1]
Qubaxəlilli | |
---|---|
40°36′58″ şm. e. 48°07′27″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 251 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
İsmayıllı şəhərindən 33 km cənubda, Bakı–Tiflis yolunun 182-ci km, Ağsu–Qaraməryəm tirəsinin ətəyində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur.
Qəsəbədə icra hakimiyyəti binası, tam orta məktəb, xəstəxana, tibbi yardım məntəqəsi, mədəniyyət evi, məscid, ticarət mərkəzi vardır. Əhatə etdiyi kəndlərlə birlikdə ərazisi 9570.0 ha-dır. Ərazidə qeydiyyatda olan 2349, hazırda yaşayan əhalinin sayı 1749 nəfərdir. Kənddə 561 ailə təsərrüfatı, 448 ev vardır.
Əhalisi (Çərmədil kəndi ilə birlikdə) 2083 nəfər. ki onunda 1019 nəfəri kişi, 1064 nəfəri qadındır.
Qəsəbədən 2 km cənub-qərbdə Girdimançayın sağ sahilində e.ə. 3-cü əsr və eramızın 2-ci əsrinə aid qədim qabiristanlıq var. Arxeoloji tədqiqatlar zamanı müxtəlif əşya və alətlər aşkar edilmişdir.
İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |