. Love.az

Sahir Memmedxanov - Wikipedia - Love.az

Ana Səhifə - Sahir Memmedxanov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (dekabr 2024)

Sahir Polad oğlu Məmmədxanov (5 noyabr 1959, Qubaxəlilli, İsmayıllı rayonu) — Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.

Sahir Məmmədxanov
Qusar Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
8 iyul 2024-cü ildən
ƏvvəlkiŞair Alxasov
Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
29 mart 2016 – 2019
Sonrakıvəzifə ləğv edildi.
Azərbaycan Respublikası vergilər nazirinin müavini
4 mart 2009 – 29 mart 2016
Şəxsi məlumatlar
Doğum tarixi 5 noyabr 1959(1959-11-05) (65 yaş)
Doğum yeri
  • Qubaxəlilli, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti dövlət xadimi
Rütbəsi
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Təltifləri

Həyatı

redaktə

1959-cu ildə İsmayıllı rayonunda anadan olub.

1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirmişdir

1985–1993-cü illərdə Tver şəhərinin "Elektroaparatura" zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin "Kalininmaşdetal" istehsalat birliyində baş mühasib vəzifəsində çalışmışdır.

1993 – Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994–1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləmişdir.

1999 – "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışmışdır.

2001 – 2009 — Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə Qusar Rayon İcra Başçısı vəzifəsinə təyin edilmişdir.[2]

Ailəlidir. 2 övladı var.

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-27.
  2. ↑ "S.P.Məmmədxanovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-07-08.

Xarici keçidlər

redaktə
  • Sahir Məmmədxanov — Qusar Rayon İcra Hakimiyyətinin rəsmi veb-saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sahir_Məmmədxanov&oldid=7910899"
LOVE.AZ